!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vahid təhlükəsizlik sistemi olmasa, terror aktları davam edəcək” – İlqar Vəlizadə

!Reklam – Yazi

15750280_783581461790362_798521960_nİlin sonuna yaxın Rusiya ilə bağlı baş verən hadisələr zəncirvari şəkildə özünü göstərməyə başladı.

Belə ki, “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti İqor Seçinin aparat rəhbəri Oleq Yerovinkinin meyidi Moskvanın mərkəzində, şəxsi avtomobilindən tapıldı. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra isə Rusiyanın NATO üzrə baş müfəttişi Yves Çandelo öz avtomobilindən, Rusiya XİN-nin Latın Amerikası ölkələri üzrə departament rəhbəri Pyotr Polşikov isə evindən ölü tapıldı. Bir qədər sonra isə Yakutiyada hərbi təyyarə qəzaya uğradı. Rusiya ilə bağlı ard-arda baş verən bu ölümlərin arxasında nə dayanır?

Məsələ ilə bağlı Yeniçağ.Az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, bu hadisələrin arxasında maraqları olan güclü oyunçular dayanır. Onun sözlərinə görə, təyyarə qəzaları ilə bağlı bəzi texniki məqamlar da var:

İlqar Vəlizadə ile ilgili görsel sonucu“Ümumiyyətlə, Rusiyanın bölgədəki aktivliyini bəyənməyən qüvvələr mövcuddur. Yaranmış vəziyyət həmçinin maraqların kəsişməşindən də irəli gələ bilər. Amma bütövlükdə hadisələr onu göstərir ki, Rusiyanın siyasətindən narahat olan qüvvələr fəallaşır”.

İ.Vəlizadə əlavə edib ki, ilin sonlarına yaxın beynəlxalq terrorizm daha aktiv şəkildə özünü göstərməyə başladı:

“Bununla Rusiya və ya Türkiyə təkbaşına mübarizə apara bilməz. Bölgədə vahid təhlükəsizlik sisteminin olmaması terror aktlarının baş verməsinə yol açır. Bu sistemin yaradılmasına da obyektiv faktorlar mane olur. Misal üçün, Rusiya ilə Türkiyə arasında Suriya məsələsində fikir ayrılığı var. Ukrayna ilə bağlı ziddiyətli məqamlar özünü göstərir. Bu amillər indiyədək vahid təhlükəsizlik sisteminin yaradılmasına imkan vermirdi. Lakin Rusiyanın Türkiyədəki səfiri Karlova qarşı sui-qəsd tərəfləri məcbur edir ki, vahid təhlükəsizlik sistemi haqqında düşünsünlər. Bu məsələyə təkcə Rusiya, Türkiyə yox, İran da qoşulmaq niyyətindədir. Azərbaycanın da bu və ya digər dərəcədə qoşulması gözlənilir. Əgər bu vahid təhlükəsizlik sistemi işləsə, onda terror aktlarının sayı azala bilər. Yox, bu sistem işə düşməsə, onda teraktlar davam edəcək”.

 

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv