Validol ləqəbli killer tutuldu

Validol ləqəbli killer tutuldu

Müəllif: Redaktor

Baş Redaktor

Cecen_killer1475056577Türkiyənin güc strukturları saxlanılan “Validol” ləqəbli çeçen killer Valid Luraxmaevin şəxsiyyətini dəqiqləşdiriblər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onun üstündə Aleksandr Smironovun adına sənəd olub.

Hazırda Rusiya və Türkiyə arasında Luraxmaevin ekstradasiyası ilə bağlı danışıqlar aparılır.

Bundan əvvəl xəbər verilirdi ki, 2016-cı ilin aprel ayında Türkiyənin hüquq-mühafizə orqanlarə Validolu saxlayaraq onu “Rusiya casusu” elan ediblər. Bundan sonra Rusiyadan olan müstəntiqlərlə əməkdaşlıqdan qəti olaraq imtina edilib. Ancaq iki ölkə arasında münasibətlərin normallaşmasından sonra nüfuzlu killerin işinin araşdırılması ölü nöqtədən irəliyə doğru gedib.
Valid Luraxmaev təkcə Rusiyada yox, həm də Fransa və Türkiyədə səs-küylü qətllərdə, Ukrayna ərazisində sui-qəsd təşkilində şübhəli bilinir.
İstintaqın versiyasına görə, Validol çeçenlərdən ibarət cinayətkar qruplaşmaya rəhbərlik edib.
İstintaq Validolun “Saratovstroysteklo” şirkətinin sahibi Mixail Lanin, iş adamları Mixail Ozirnıy və çeçen vəhhabilərinin komandiri Mövladi Uduqovun qohumu Abdulvahid Edilqerievin qətli ilə bağlı olduğunu iddia edir.

Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti