www.sinerjipro.net

SinerjiProWide
Reklam

96675Qazaxıstan tengəsinin dollar qarşısında 4,5% ucuzlaşaraq 197 tengəyə düşməsindən sonra Qazaxıstan vətəndaşları kütləvi şəkildə dollar almağa başlayıblar.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu gün səhər paytaxt Alma-Atada fəaliyyət göstərən valyuta mübadiləsi məntəqələri bağlı olub. Bir çox məntəqə kursun müəyyənləşməsindən sonra günün ikinci yarısından etibarən fəaliyyət göstərməyə başlayıb.

Hökümət isə ölkənin üzən məzənnə siyasətinə keçməsini elan edib. Bu haqda Qazaxıstanın Baş naziri Kərim Məsimov hökumətin iclasında bəyan edib.

Məsimov, Qazaxıstanda təngənin üzən məzənnə siyasətinə əsaslanan yeni maliyyə-kredit mexanizmini reallaşdırılmasına başlandığını və valyuta dəhlizinin ləğv edildiyini bəyan edib.

“Milli bank və hökumət bu ilin avqustun 20-dən inflyasiyanın hədəflənməsi və valyuta dəhlizini ləğv etmək məqsədilə yeni iqtisadi siyasətə keçməklə bağlı qərar qəbul edib. Təngənin mübadilə məzənnəsinin dəyişməsi dünya iqtisadiyyatında baş verən proseslərdən asılı olacaq”, – deyə hökümət başçısı açıqlama verib.

Bir müddət öncə Qazaxıstanın milli bankı təngənin məzənnəsini 1 dollar üçün 170-188 təngədən 170-198 təngəyə qədər genişləndirib. Bu xarici konyukturanın pisləşməsi və ən əsası neftin qiymətinin ucuzlaşması ilə izah olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."