www.sinerjipro.net

SinerjiProWide
Reklam

Novruz Bayramı dövründə 9 gün ərzində istirahət gününün olması fonunda insanlar lazımi anda valyuta dəyişmək imkanlarından məhrum oldular. Belə ki, həmin günlərdə bankların işləməməsi yerli, xüsusən də ölkəmizə gələn əcnəbi turistlərin valyuta mübadiləsi həyata keçirmək imkanlarını demək olar ki, sıfıra endirdi. Bu fonda istər-istəməz valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunması vacibliyi önə çıxır. Onun bərpası yenidən fəallaşan “qara bazar”ın da fəaliyyətinə son qoya bilər.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli valyutadəyişmə məntəqələrinin bərpa olunmasını vacib saydı:

“Valyutadəyişmə məntəqələrinin bağlanması əslində, çox səhv qərar idi. Qərar verilərkən əsas məqsədin valyuta axınının qarşısını almaq olduğu bəyan edilmişdi. Amma əks prosesi gördük. Valyutadəyişmə məntəqələri bağlanandan sonra “qara bazar” yarandı. İnsanlar banklar bağlandıqdan, yəni axşam saat 5-dən sonra və istirahət günlərində valyuta mübadiləsi aparmaqda ciddi əziyyətlə üzləşdilər. Bu əziyyətin yükünü təkcə turistlər deyil, ölkə vətəndaşları da çəkdilər. Ölkəyə Novruz bayramında əsasən də İrandan kifayət qədər turist gəldi. Onlar da həmin dövrdə valyuta dəyişmək məsələsində ciddi problemlə üz-üzə qaldılar. Nəticədə, turistlərdən dükan, bazar, kafe və restoranlarda ödənişləri daha aşağı məzənnə ilə dollarla alırdılar.

Bu isə ölkə qanunvericiliyinə zidd olmaqla yanaşı, vergidən də yayınmağa xidmət edir. Həmçinin, daha aşağı məzənnə ilə mübadilə aparıldığındam gələn turistlərə də ziyan vururdu. Belə olan halda turistlər incik düşürlər. Ona görə də valyutadəyişmə məntəqələrinin bağlanmasının ciddi effekti olmadı. Əksinə, zərəri daha çox oldu. Valyutadəyişmə məntəqələrində ölkə üzrə 4 mindən çox insan çalışırdı. Yəni heç bir effekt vermədən bu qədər insanı işsiz qoymaq da doğru yanaşma deyildi. Bütün hallarda proses valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa olunmasını diqtə edir”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."