!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vaqif Mustafayevə Çin telekanalında vəzifə verildi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti, SPACE televiziyasının prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.

Yenicag.az– xəbər verir ki, bu barədə keçirilən tədbirdə məlumat verilib.

Qeyd edək ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Dorox, Çin və Ukraynanın Azərbaycandakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak edib.

V. Mustafayevə Avrasiya mədəniyyətinə bəxş etdiyi müstəsna töhfələrinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim olunub.

Tədbirdə Rusiya, Çin və Azərbaycan arasında memorandum imzalandı. Memoranduma əsasən, üç ölkənin birgə istehsalı olan müştərək filmin çəkilməsi nəzərdə tutulub. “Kambey” adlı filmin ssenari müəllifi və rejissoru V. Mustafayevdir. Film bütün dünyada nümayiş olunacaq.

V. Mustafayev çıxış edərək, ürək sözlərini bölüşüb:

“Mənə verilən bütün mükafatları vətəndaş olaraq qəbul edirəm. İlk öncə bu ölkənin vətəndaşıyam. Cənab prezidentimiz İlham Əliyevə Azərbaycanı bütün dünyada tanıtdığı üçün minnətdarlığımı bildirirəm. Bizi elə buna görə də tanıyırlar”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Vaqif Mustafayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələri sadaladı:

“Vaqif Mustafayev tələbəlik illərindən ta indiyə qədər kinoya töhfələr verib. Onun “Yaramaz”, “Fransız”, “Nakəs” və digər filmləri, “Mozalan” üçün çəkdiyi süjetlər mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın zamanlarda onun çəkdiyi daha bir filmin tamaşaçısı olacağıq. Çin, Rusiya və Azərbaycanın müştərək istehsalı olan yeni layihəsini də səbirsizliklə gözləyirik”.

Sonda “Moskvanın divarları” adlı Çin filmi nümayiş olundu.

Cəvahir

Foto: Emin Səfərov

www.yenicag.az

3010
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv