!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Varlı ailələrin əlisilahlı uşaqları həbsdən necə yayındı? - ÖZƏL

!Reklam – Yazi

Xəbər verildiyi kimi, bir neçə gün bundan öncə Binəqədidə yerləşən “Marafon” idman zalında dava baş verib. Dəyənək, balta, “beşbarmaq” və başqa soyuq silahlarla silahlanmış bir qrup şəxs məşq zamanı zala hücum edərək, zaldakı idmançılara xəsarət yetiriblər. İlkin məlumata görə, insidentə məşqçilər – MMA üzrə Dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyev arasında mübahisə səbəb olub. Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla, 5 nəfər xəsarət alıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha bir neçə nəfər saxlanılıb.

Yeniçağ.az məsələ və idmançılarla bağlı bəzi məlumatlar əldə edib.

Məlumatda bildirilir ki, insidentin yaranmasında adıçəkilən əsas şəxs Ziyadxan Sədiyev “Qəbələ” idman klubunun və Azərbaycan MMA Federasiyasının üzvüdür. Uzun illərdir idman sahəsində olan Ziyadxan MMA üzrə hətta bir çox turnirlərin qalibi və mükafatçısıdır. Ziyadxan Sədiyev “Ziko” ləqəbi ilə tanınır. Aldığımız məlumata görə hazırda Ziyadxanla bərabər 5 nəfər həbs olunub. Halbuki, hadisədə 20 nəfərə yaxın şəxs iştirak edib, zalda məşq edənlərə ciddi xəsarətlər toxunub. İddiaya görə, onlar da imkanlı ailələrin övladları olduğu üçün hadisədən yayına biliblər. Aldığımız məlumata görə, hazırda Azərbaycan MMA federasiyasının rəhbərliyi məsələnin şişirdilməməsi üçün barışıq təklif edib, üzr istəyib.

Məsələ ilə bağlı zərərçəkmiş Əli Nəcəfi ilə əlaqə saxladıq. O, Yeniçağ.az-a danışarkən bildirib ki, hadisə tək Ziyadxan və ətrafındakı 4-5 nəfərlə bitmir:

“Bu xüsusi dəstə öyrədilərək göndərilib. 5 dəqiqəyə 17 nəfəri əlisilahlı yığıb, zala gətirmək asan məsələ deyil. Bu məsələnin arxasında dayananlar araşdırılmalıdır”.

Qeyd edək ki, Ziyadxan və 4-5 nəfər hazırda polis nəzarətindədir.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv