Vatikanda Fələstin səfirliyi açılır

Vatikanda Fələstin səfirliyi açılır

Müəllif: resul

Editor

Roma Papası Fransisk Vatikanda Fələstin prezidenti Mahmud Abbası qəbul edib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, pontifik və M.Abbasın söhbəti 23 dəqiqə davam edib, tərəflər bir-birinə hədiyyələr təqdim ediblər.

Söhbətin əsas mövzusu Vatikanda Fələstin səfirliyinin açılması məsələsi olub. Fələstin dövlət başçısı rəsmi açılışda iştirak etmək üçün gəlib.

“Bu, Papanın Fələstin xalqını və sülhü sevdiyinin əlamətidir”, – Mahmud Abbas Roma Papası ilə görüşdən sonra bildirib.

Yeniçağ.Az

Xəbərlər, Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti