!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Vaxt gedir" - Roman Qriqorçuk  

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasının XIV turunda keçirilən “Qəbələ” – “Keşlə” matçı qonaqların 0:3 hesablı məğlubiyyətilə yekunlaşıb.

Yenicag.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat kofransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

– Qalib gəldik və yaxşı oynadıq. Əhvalımız yüksəkdi, oyundan razıyıq. Amma bilirik ki, hələ qabaqda çox oyun var.

– Qış fasiləsinə az qalıb. Komandadan göndərəcəyiniz futbolçular olacaqmı?

– Hazırda bunu deyə bilmərəm. Çünki hələ özüm də bilmirəm. Ola bilsin ki, hansısa qərarlar qəbul edilsin, lakin hazırda heç bir şey deyə bilməyəcəm.

– Komandada hansı dəyişikliklər oldu ki, hücumda məhsuldarlığınız artdı?

– Vaxt gedir və biz də çalışırıq. Əlbəttə ki, bizdə də yaxşılaşma oldu. Başa düşürük ki, nəticə üçün inkişaf etmək lazımdır. Razıyıq. Yenə də potensialımızın 100 faizindən istifadə etdiyimizi deyə bilmərəm. Əlimizdə olanları daha yaxşı etmək üçün vaxtımız var.

www.yenicag.az

1643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv