yenicag.az

“Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­ növbəti xeyriyyə tədbirini keçirdi

“Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­ növbəti xeyriyyə tədbirini keçirdi

Müəllif: Redaktor

Editor

mdnjikjjsÖtən gün “Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə 6 im­kan­sız ai­lə­nin öv­la­dı üçün sün­nət mə­ra­si­mi ke­çi­ril­ib. Mə­ra­sim “Niaqara” şadlıq sarayında baş tut­ub.

“Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin ke­çir­di­yi xey­riy­yə təd­bi­rin­də ta­nın­mış şəxslər də iş­ti­rak edib. On­la­r ara­sın­da mil­lət və­ki­li Adil Əli­yev, Çingiz Qənizadə, Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed Əl-Haq, Fələstin dövlətinin Azərbaycandakı konsulu, o cümlədən QHT təm­sil­çi­lə­ri, me­dia nümayəndələri və sün­nət olu­nan uşaq­la­rın ai­lə­lə­ri var­dı.

Xey­riy­yə təd­bi­ri Azər­bay­can Döv­lət Him­ni­nin səs­lən­di­ril­mə­si­lə başlayıb. Təd­bi­ri gi­riş sö­zü ilə açan “Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin tə­sis­çi­si Və­fa Əsə­do­va mə­ra­sim­də iş­ti­rak edən hər kə­si sa­lam­la­yıb. O be­lə bir təd­bi­rin ke­çi­ril­mə­si­nin ma­hiy­yə­ti ba­rə­də öncə mə­lu­mat verərək qeyd e­dbi ki, rəh­bər­lik et­di­yi təş­ki­lat im­kan­sız ai­lə­lə­rin və­ziy­yə­ti ilə daim ma­raq­la­nır: “Hə­min ai­lə­lə­rin so­si­al və­ziy­yə­ti­ni araş­dırdıqdan son­ra be­lə qə­ra­ra gəl­dik ki, on­la­rın öv­lad­la­rı üçün sün­nət mə­ra­si­mi ke­çi­rək. Övladları sünnət olunacaq uşaqların ailələrin sosial durumu olduqca ağırdır. O uşaqların bəzisinin atası rəhmətə gedib, qalanlarının da ataları sağ olsa da, sağlıq durumları normal deyil. O cür ailələrə dəstəl olmaq bizim vətəndaşlıq borcumuzdur. Bu iş­də bi­zə təş­ki­la­tı­mı­zın üzvlə­ri dəs­tək ol­du. Sün­nət olu­na­caq uşaq­lar­dan ən ki­çi­yi 3 ay­lıq­dır, bö­yü­yü­nün isə 7 yaşı ya­şı var”.
Xey­riy­yə təd­bi­rin­də iş­ti­rak edən mil­lət və­ki­li Adil Əli­yev “Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin tə­sis­çi­si­nə və rəh­bə­ri Fa­ti­mə Ha­cı­bəy­li­yə tə­şək­kür edə­rək bil­dir­ib ki, on­lar bu işi gör­mək­lə mad­di və­ziy­yə­ti ağır olan ai­lə­lə­rə da­yaq ol­ub­lar: “Xal­qı­mı­zın mil­li adət-ənə­nə­lə­ri­nə uy­ğun ola­raq az­tə­mi­nat­lı ai­lə­lə­rin öv­lad­la­rı­nın sün­nət mə­ra­si­mi­nin ke­çi­ril­mə­si təq­di­rə­la­yiq­dir. Bu iş­də əmə­yi ke­çən hər kə­sə tə­şək­kür edi­rəm. Sün­nət olu­na­caq kör­pə­lə­rə can sağ­lı­ğı, xoş­bəxtlik ar­zu­la­yı­ram. Va­li­deynlə­ri­ni isə bu mü­na­si­bət­lə təb­rik edi­rəm”.

Millət vəkili Çingiz Qənizadə isə çıxışında bu cür xeyriyyə tədbirlərin sayının çox olmasını arzulayıb və Birliyə belə bir savab iş gördüyü üçün təşəkkür edib.

“Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin rəh­bə­ri Fa­ti­mə Ha­cı­bəy­li qeyd e­dib ki, təş­ki­lat bu tip xey­riy­yə iş­lə­rii gör­mək­də da­vam edə­cək: “Uşaq­la­rın sün­nət mə­ra­si­mi Əj­dər Mə­li­kov adı­na 6 say­lı şə­hər xəs­tə­xa­na­sın­da baş tu­ta­caq. 6 gö­zəl ba­la sün­nət olu­na­caq. Uşaq­la­rı sün­nət edə­cək hə­kim Oruc Şə­fi­yev­dir. Biz ona da öz tə­şək­kü­rü­mü­zü bil­di­ri­rik ki, bu iş­də bi­zə dəs­tək ol­du”.

Qeyd edək ki, xey­riy­yə təd­bi­rin­də fiziki məhdudiyyətli Aybəniz Nəsirovanın əl işlərindən ibarət sərgi də təşkil olunub.

Yenicag.az

Xəbərlər, 3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti