www.sinerjipro.net

SinerjiProWide
Reklam

14287374405528cda01abf0Azərbaycanda vəhhabi olduğu bildirilən şəxsləri gizli yolla ölkədən çıxaran şəxs tutulub.

Yenicag.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisindən keçən hissəsində vəhhabi olduğu bildirilən bir neçə şəxsin sərhədi qanunsuz keçməsi barədə polisə məlumat daxil olub. Məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onları sərhəddən keçirən şəxsin Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elman Mirzəbəy oğlu Mirzəbəyov olması müəyyən edilib və o, saxlanılıb.

Saxlanılarkən ondan bir ədəd “AK-74” markalı avtomat, bir ədəd avtomat darağı və 13 ədəd avtomat silahının gülləsi aşkarlanaraq götürülüb. Elman Mirzəbəyov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."