!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəliəhd Mahmud Abbası istefaya məcbur edir

!Reklam – Yazi

“Times” qəzeti Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Fələstin lideri Mahmud Abbasa təzyiq göstərdiyini iddia edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, iddiaya görə, vəliəhd bununla “ABŞ-ın hazırladığı Yaxın Şərq planını qəbul etdirməyə” çalışır.

Qəzetdə yayımlanan məqalədə digər diqqətçəkən məqam isə Trampın kürəkəni Kuşner və vəliəhdin keçirtdiyi görüşdür. Tərəflər gecəyə qədər davam edən görüşdə Fələstin probleminin həmişəlik həlli üçün öz variantlarını irəli sürüblər.

İddiaya görə, Yaxın Şərqdə ABŞ-ın planlarına uymayan hər bir siyasi fiqur aradan götürülür. Fələstin lideri Mahmud Abbas da məhz bu siyahıdadır. Onu istefaya məcbur etmək isə vəliəhdə tapşırılıb.

www.yenicag.az

1819
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv