HighTechnic

hightechnic
Ads by Google

96039e22aa7c818c106eb79a1ac48c08Qeyd edilən yollarda nəqliyyatın hərəkəti iki günlük məhdudlaşdırılır

I Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, Bakı 2-ci dairəvi yolunda “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyi arasındakı hissəyədək iyunun 17-18-i tarixlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.

Məlumata görə, 17 iyun tarixində saat 11:30-dan 15:30-dək “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən – “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

18 iyunda isə 05:30-dan 20:40-dək “Jumeirah Beach” otelinin yaxınlığındakı dairədən “Bilgəh Estates”in qərb hissəsində 1-ci geri döngəyədək, saat 06:30-dan 18:40-dək “Bilgəh Estates”in qərb hissəsində 1-ci geri döngədən “Sea Breeze” istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan tarixdə sürücülərə aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür:

– Bilgəh istiqamətində hərəkət edən sürücülər “Jumeirah Beach” otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilər.

– “Bilgəh Estates”dən qərb istiqamətdə hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov) istifadə edə bilər.

– Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilər(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.