www.sinerjipro.net

SinerjiProWide
Reklam

“VİA Qra” qrupunun “qızıl” heyətinin cazibədar eks-solisti, populyar müğənni Vera Brejneva növbəti dəfə paytaxtımıza gəlir. O, Bakı Şopinq Festivalının fəxri qonağı olacaq.

Festival çərçivəsində, aprelin 20-də Heydər Əliyev Sarayında “Nömrə1” adlı konsert proqramı ilə çıxış edəcək V. Brejneva rəqslərlə, xüsusi effektlərlə möhtəşəm şou təqdim edəcək, həmçinin yeni mahnılarını ifa edəcək.
Müğənni Vera Brejneva Azərbaycan paytaxtında dəfələrlə konsert proqramı ilə çıxış edib. Bakı tamaşaçıları hitləri bütün postsovet məkanında məşhur olan və mümkün olan bütün mükafatlara layiq görülmüş bu istedadlı ifaçını hər dəfə böyük rəğbətlə və sevinclə qarşılayır.

Vera Brejneva ilə görüş – bu yazın əsas hadisəsi olacaq Bakı Şopinq Festivalını ziyarət etmək üçün daha bir əla səbəbdir.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 162
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.