Vergi amnistiyası sahibkarlara nə verəcək? – Ekspertlərin rəyi

Müəllif: Redaktor

Editor

vergiamnistiyaDünən Prezident İlham Əliyevin təşəbbüsü ilə vergi amnistiyası barədə Milli Məclisə qanun layihəsi daxil olub.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan layihəyə əsasən vergi amnistiyasının verilməsində məqsəd sahibkarlara dəstək olmaq və maliyyə durumunu yaxşılaşdırmaqdır.

Vergi amnistiyası həm dövlət, həm də özəl sektor olmaqla 44 mindən 700-dən çox vergi ödəyicisini əhatə edir. Bu qanunun birinci maddəsinin tələblərinə görə, vergi ödəyicilərinin, vergiləri vaxtında ödəmədiklərinə görə onlara hesablanmış faizləri silinəcək. Digər tərəfdən isə yanvar, fevral, mart aylarında amnistiyanın şərtlərini yerinə yetirən sahibkarlar və fiziki şəxslər vergi yükündən azad olacaqlar. Belə ki, qanun layihəsinin 2-ci maddəsinin tələblərinə görə,yanvar ayında borcunun 30 faizini ödəyənlər borcun 70 faizindən, fevral ayında borcun 50 faizini ödəyənlər qalan 50 faizindən, mart ayında borcun 70 faizini ödəyənlər yerdə qalan 30 faizindən azad olunacaqlar.

Layihə barədə fikirlərini Yeniçağ.Az-la bölüşən millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli söyləyib ki, işlər nəzərdə tutulduğu səviyyədə qurulsa, fiziki və hüquqi şəxslər bu qanunun tətbiqindən 600 milyon manatdan artıq uduş əldə edəcəklər:

Əli Məsimli ile ilgili görsel sonucu“Qanun layihəsi vacib məsələri özündə əks etdirir. Bununla belə, qanunun tətbiq müddətinin 3 aydan 6 aya qaldırılması daha münasib olardı. Eyni zamanda elə bir mexanizm qurmaq lazımdır ki, bu qanunla borcu silinən qurumların gələn ildən yenidən borcları yaranmasın. İkincisi, bu qanunun qəbulu həm də digər zəruri qanunvericilik sənədələrinin qəbuluna yol açmalıdır. Bunların arasında dəlirlərin deklorasiyasına dair indiyədək qəbul edilən normativ sənədlərə yenidən baxılması və paket halında yenidən qəbul edilməsini, eləcə də vergi aministiyası ilə yanaşı, ölkədə maliyyə aministiyasının və kapitala da amnistiya verilməsini, həmçinin Azərbaycan reallıqları şəraitində beynəlxalq praktikadan məlum olan həmin qanunların işləməsinin sual altında olmasını nəzərə alaraq, Azərbaycan üçün işlək bir mexanizminin hazırlanıb tətbiq edilməsini zəruru hesab edirik”.

Qalib Toğrul ile ilgili görsel sonucuİqtisadçı ekspert Qalib Toğrul danışarkən bildirib ki, vergi amnistiyasına büdcəni doldurmaq vasitəsi kimi baxmaq düzgün deyil:

“Bu, hər şeydən əvvəl ölkədən kapital axınının qarşısının alınması, vergisi ödənilməmiş gəlirlərin leqallaşdırılması, amnistiyadan sonra yeni, daha sadələşdirilmiş vergitutma mexanizminin formalaşdırılması üçün vacibdir”.

Ekspert qanun layihəsini görmədiyini qeyd edir:

“Ancaq verilən informasiyalardan belə başa düşdüm ki, amnistiya 3 aylığa nəzərdə tutulub və rəsmi şəkildə vergi borcu olanları və fiksə olunmamış bütün vergidən yayınanları əhatə edəcək. Müddət məncə, qısadır. Bu müddətdə vergi daxilolmasının ciddi şəkildə artacağını planlaşdırmıram. Amnistiya hər şeydən əvvəl inam məsələsidir. Əgər vergi ödəyicisində inam yaradıla biləcəksə ki, onun sonrakı fəaliyyətinin təhlükəsizliyi təmin olunacaq, o zaman amnistiya uğurlu olacaq, əks halda ciddi nəsə gözləmək yersizdir. Bu, vergi borclarını azaltmaq üçün mexanizm deyil. Vergitutma bazasının genişləndirilməsi məqsədi ilə atılan addımdır”.

Ekspert Pərviz Heydərov söyləyib ki, ölkədə bir neçə dəfə maliyyə amnistisiyası haqda müzakirələr olub:

“Ancaq məsələyə hər dəfə ayrı-ayrı aspektlərdən yanaşılıb. Üstəlik, konkret addımlar atılmadığı üçün də məsələ hər dəfə açıq qalıb. Xarici təcrübədə isə iqtisadi sahədə amnistiyalara geniş rast gəlinib. Bu, adətən, böhranlı vaxtlarda tədbiq olunur və məqsəd isə ölkədən kapital axınının qarşısını almaq və yaxud, ölkədən bir vaxtlar kənara çıxmış vəsaitlərin yenidən geri qayıtmasına nail olmaq və sairədən ibarət olur. Bizdə bu dəfə söhbət, vergi amnistiyasından gedir. Belə ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə məhz bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Beləliklə, gələn ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə amnistiya şamil olunacaq. Bu da başa düşüləndir”.

Ekspertin fikrincə, əvvəla, ölkəmiz yeni iqtisadi inkişaf modelinə keçir:

Pərviz Heydərov ile ilgili görsel sonucu“İqtisadiyyatı idarəetmə metodları dəyişdirilir. Sahibkarlara böyük imkanlar yaradılır. İkincisi də ki, məlum olduğu kimi Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur ki, bu da vergi siyasətinin tamamilə yeni forma alacağı deməkdir. Bütün bunların müqabilində də, real şəraitə qədər vergi borclarına yeni münasibət və yanaşma tələb olunur. Belə ki, ya bu borclar qısa müddətə tamamilə yığılıb başa çatdırılmalıdır, ya bir hissəsi bağışlanmalıdır və yaxud da yeni mexanizm çərçivəsində yığıma adaptasiya olunmalıdır. Ən düzgün yol heç şübhəsiz ki, bir hissəni bağışlamaqla stimullaşdırma vasitəsilə müəyyən borc məbləğinin toplanmasına nail olmaqdan ibarət sayıla bilərdi. Odur ki, yanvaradək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-i, fevral ayında 50%-i, mart ayında isə 70%-i ödəyərlərsə, qalan borcun amnistiya tədbiqiylə ləğv edilməsi istənilir. Bu da təxminən, 600 milyon manat vəsait edir. Etiraf edirəm ki, az məbləğ deyil. Lakin amnistiya nəticəsində 600 milyon manatın sahibkarların sərəncamında qalması strateji baxımdan dövlət büdcəsinin gəlirlərini artırmaq və daha yaxşı – rəvan təmin etmək baxımından olduqca əhəmiyyətli və səmərəli olacaqdır”.

Gülnarə Eynullaqızı
Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır