!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vergi Məcəlləsinə 115 yeni maddə əlavə olunub”

!Reklam – Yazi

vergi“Vergi Məcəlləsində 201 dəyişilik edilib”.

Yeniçağ.Az xəbər verir ki, bunu Vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin şərhinə dair keçirilən mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, Vergi Məcəlləsinə 115 yeni maddə əlavə olunub:

“83 maddəyə dəyişiklik edilib, 3 maddə ləğv olunub. Dəyişikliklərdən 123-ü vergi inzibatçılığının, o cümlədən, vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i isə vergi yükünün azaldılması, vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır”.

“Dövlət başçısının bu ilin avqust ayında imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən hazırlanan əlavə və dəyişikliklərin əsas məqsədi sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın formalaşdırılması, nağdsız əməliyyatların həcminin və vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır”, – deyə nazir müvavini əlavə edib.

Yeniçağ.Az

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv