yenicag.az
yenicag.az

Vergidən yayınıb, xalqın cibinə girən azərbaycanlı müğənnilərin -Toy qiymətləri

Vergidən yayınıb, xalqın cibinə girən azərbaycanlı müğənnilərin -Toy qiymətləri

Müəllif: Redaktor

Editor

Qke9OV9KL95mBəzi ifaçılara zəng edib, toy qiymətlərini öyrəndik.

Son günlər şou-bizneslə bağlı gündəmin əsas mövzularından biri müğənnilərin vergilərini zamanında ödəməməsi və hətta bir çox hallarda vergidən yayınmalarıdır. Şou nümayəndələri hər nə qədər mətbuata açıqlamalar verərək vergiləri zamanında və lazımi miqdarda ödədiklərini bildirsələr də, Vergilər Nazirliyi bunun tam əksini iddia edir və müğənnilərlə bağlı araşdırma aparılacağını, onlara qarşı ciddi tədbirlər görüləcəyini bəyan edir.

Bu günlərdə Vergilər Nazirliyindən müğənnilərin vergiyə cəlb edilməsi ilə bağlı yayılan açıqlamada medianın vaxtaşırı müğənnilərdən toy qiymətlərini öyrəndiyini, “qiymət siyahıları”ndan reklam vasitəsi kimi istifadə olunduğunu bildirmişdi. Siyahılara nəzər yetirdikdə məlum olur ki, müğənnilər toy şənliklərində iştiraka görə yüksək qonorar alırlar. Nazirlik hesab edir ki, bu zaman haqlı bir sual meydana çıxır: incəsənəti təmsil edən adamlar nə üçün ödədikləri vergilər haqqında heç nə danışmırlar, danışanda da mətbuata qeyri-dəqiq informasiya verirlər. Halbuki Avropa və Amerikanın əksər ölkələrində şou-biznes nümayəndələri dövlət büdcəsinə nə qədər vergi ödəməkləri ilə gündəmə gəlməyə çalışırlar. Bizim sənət adamları isə xaricdə şou ulduzlarının el şənliklərinə görə vergi ödəmədiklərini deyərək öz əməllərinə haqq qazandırırlar. Görülən tədbirlərə baxmayaraq, bu gün şou-biznesi təmsil edən vergi ödəyiciləri arasında vergi öhdəliklərinə əməl etmə səviyyəsi arzuolunan səviyyədə deyil.

Biz də ötən saylarımızın birində məsələnin aktuallığını nəzərə alıb, müğənnilərdən vergi ödəyib-ödəmədiklərini xəbər almışdıq. Bizimlə bu barədə danışan şou-biznes nümayəndələri pullu toylarının azlığından şikayətlənmiş, daha çox dost-tanış, qohum-əqraba toyuna getdikləri üçün vergi ödəyə bilmədiklərini demişdilər. Onlar vergi ödəmək üçün nazirliyin onlara münasibətdə sərt qayda-qanun tətbiq etdiyini, amma incəsənət adamlarından daha çox konsertlərə görə vergi tutulmasının lazım olduğunu bildirmişdilər.

Biz bir dəfə də bu mövzuya qayıtdıq. Amma bu dəfə onu daha da maraqlı etmək və həqiqətə daha yaxın məlumatlar toplamaq məqsədilə telefon açdığımız sənət adamlarına mətbuat nümayəndəsi kimi deyil, toya hazırlaşan bir gəncin yaxın qohumu kimi müraciət etdik. Müğənnilərin adətən həftənin cümə axşamı günləri toylarının olmadığını və onlar boş olsunlar ki, qiymət öyrənə bilək deyə dekabrın 24-nü şərti tarix olaraq seçdik. Beləliklə, onlara dekabrın 24-də toyumuzun olacağını və hansı qiymətə iştirak edəcəklərini soruşduq. Məlum oldu ki, əslində saytlarda yazılan o şişirtmə qiymətlər heç də real deyilmiş. Və müğənnilərin əksəriyyəti həftənin günlərindən asılı olmayaraq, hər gün toylara gedirlər. Özü də hansı qiymətə? Nə 15, nə də 20 minə… Təsəvvür edin ki, məşhur ifaçı öz orkestri ilə 2500 manata bütün toyunuzu aparmağa hazırdır. Hələ təkid etsəniz, endirim də edə bilərlər.

5 mindir, 4 minə enərik

İlk olaraq xalq artisti Səməd Səmədovun prodüseri Rövşən Cəfərovla əlaqə saxlayıb ifaçının dekabrın 24-ü toyumuzda iştirak edib, edə bilməyəcəyini soruşduq. Rövşən toy dəftərinə baxıb bildirdi ki, dekabrın 24-də Səməd Səmədov məşğuldur: “Əgər Səməd bəyin ifasını çox istəyirsinizsə, toyunuzu başqa günlərə təyin edə bilərsiniz. Misal üçün, dekabrın 25-26-sı boş yerimiz var”.

Biz də restoran sahibi ilə danışıb yenidən əlaqə saxlayacağımızı bildirdik. Bir neçə dəqiqədən sonra yenidən əlaqə saxladıqda, artıq toy qiymətini bütünlüklə öyrənə bildik. Deməli, Səməd Səmədov öz ansamblı və gənc ifaçılar Şəbnəm Aslanqızı, “Xalq ulduzu” yarışmasının iştirakçısı olan Habil ilə birlikdə bütün toya 5 min manata gedir.

Rövşənə qiymətin baha olduğunu, endirim edə biləcəyini soruşduq: “5 min çoxdursa, bir az endirim edərik. Bizdə qiymət 5000-dir. Əgər buna gücünüz çatmırsa, müəllimlə danışıb 4000 edərəm. Başqa endirim edə bilmərəm. O ki qaldı yarım saatlıq ifaya, biz onu toya bir həftə qalmış danışırıq.

– Sizin nəyə gücünüz çatır?

– 2000-3000 manata.

– Sizcə, Səməd müəllim o qiymətə toy aparar?..”

“Tək oxusam, 2500 manat”

Daha sonra tanınmış müğənni Əlikram Bayramovla əlaqə saxlayıb ona toyumuzda iştirak etməsini istədiyimizi dedik. O, bizimlə söhbətində dekabrın 26-27-ndə toyu olduğunu, həmin ərəfələr yalnız dekabrın 25-də bizim toya gələ biləcəyini dedi: “Yalnız sizə görə bütün toyu 2500 manata idarə edərəm (onunla heç bir tanışlığımız yoxdur – müəllif). Toya öz ansamblımla birlikdə gələcəyəm. 15 ildir ki, həmin ansamblla işləyirəm. 10 nəfər musiqiçidir. Ümumiyyətlə, mən şadlıq evinə gedəndə, yalnız öz musiqiçilərimlə ifa edirəm. Mənim kollektivimdə milli musiqi alətlərindən nə istəsəniz olacaq. Qız oxuyanımız yoxdur. Vallah, o 2500-ün içərisindən mənə ancaq 700-800 manat pul qalır. Qız oxuyan olsa 500 əlavə verəcəksiniz. Bir-iki musiqiçini göndərirəm bəylə gəlini gətirir. Cəmi 1000 manat oradan pul qazanıram (bir az əvvəl 700-800 demişdi – müəllif). Sizə xatir aşağı salmağa çalışaram. Musiqiçilərə də deyərəm qardaşımdır. Az qazansam da, ancaq halal çörək yeyirəm. Başqaları kimi 6000-7000-dən dəm vuran deyiləm”.

Bəs “Qara zurna necə, olacaqmı” sualımıza ifaçı “Super zurnaçalanımız var” deyə cavab verdi: “ Dekabrın 22, 23, 26, 27-si toydayam. Ayın 25-ni dəqiqləşdirib mənə deyərsiniz, əks təqdirdə, həmin gün məni Şəkiyə toya dəvət ediblər, ora gedəcəyəm. İndidən deyin ki, sizə yer ayırım. Mənsiz toy etməyim, mən super toy aparıram”.

Bütün toy 6000-nə

Gənc xanəndə Gülay Zeynallının prodüseri Sevinc Hüseynova ilə əlaqə saxladıq. İfaçının toy qiymətini öyrəndik. Deməli, Gülay Zeynallı ansamblı və “Xalq ulduzu” yarışmasından tanınan Emil Məmmədov ilə birlikdə toya 6000 minə gəlir. Yarım saatlıq ifaya görə isə 2000 manata götürür. Prodüserə qiymətin baha olduğunu dedikdə, “Onda 10-15 min verib fonoqram oxuyan müğənniləri gətirin” – deyə cavab aldıq.

Musiqiçiləri ilə birlikdə bütün toya 4000

İfaçı Rəvan Qarayevin prodüseri Mehri Əliquluyeva ilə söhbətimizdə aydın oldu ki, gənc müğənni musiqiçiləri ilə birlikdə bütün toyu 4000 minə aparır. Toyda musiqiçilərsiz yarım saatlıq isə 2000 minə oxuyur.

Vergilər Nazirliyindən mətbuata bildiriblər ki, vergi xidməti də daxil olmaqla, bütün dövlət orqanları sənət adamlarına həmişə hörmət, diqqət və qayğı ilə yanaşıblar: “Təəssüf ki, bu münasibətin qarşılığı, xüsusilə də vergilərin ödənilməsi sahəsində heç də adekvat deyil. Bahalı avtomobil və mülklərini göstərməklə özlərini reklam etdirən şou-biznes nümayəndələrinin il ərzində büdcəyə nə qədər vergi ödədiklərinə baxdıqda, bu, daha aşkar görünür. Halbuki, məsələn, toy sahibindən alınmış 1000 manata görə dövlət büdcəsinə cəmi 40 manat ödəmək onların hər birinin imkanı daxilindədir və bu, heç bir halda böyük vergi yükü hesab oluna bilməz”.

Qeyd olunur ki, cari ilin ötən doqquz ayının nəticələri təhlil edilərkən tanınmış şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə çıxış etmək müqabilində faktiki olaraq aldıqları və rəsmi bəyan etdikləri qonorarlarının məbləğləri arasında ciddi uyğunsuzluqlar aşkar olunub: “Əsas problem isə bu təbəqədən olan vergiödəyicilərin əldə etdikləri gəlirləri toyların keçirildiyi şadlıq evlərində tətbiq olunan “Qeydiyyat kitabı”nda düzgün əks etdirməmələridir. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bir çox hallarda “Qeydiyyat kitabı”nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi “kitab”a salınır”.

Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq, hazırda Vergilər Nazirliyi tərəfindən vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla büdcəyə bərpa olunur. Vergilər Nazirliyi bir daha xatırladır ki, kimliyindən asılı olmayaraq, vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir və heç kəs öz üzərinə düşən öhdəliyə görə məsuliyyətdən azad edilmir: “Təəssüflər olsun ki, hələ Azərbaycanda yüksək vergi mədəniyyətinin formalaşmasından danışmaq mümkün deyil və dövlət büdcəsinə vergi daxilolmalarının xeyli hissəsi vergi inzibatçılığı tədbirləri hesabına təmin olunur. Dünya təcrübəsi də güstərir ki, yüksək vergi mədəniyyətinin formalaşmasında tanınmış insanlar, o cğmlədən incəsənət adamları, şou-biznes nümayəndələri çox böyük rol oynayırlar. Bizdə isə əksinə, bəzi tanınmışlara, o cümlədən şou-biznes nümayəndələrinə dəfələrlə izah etmək lazım gəlir ki, səngərdə Vətəni qoruyan, Dağlıq Qarabağı, digər işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad etməyə hazırlaşan əsgərimizin maddi-texniki təchizatı da, təhsil və səhiyyəmi¬zin vəziyyəti də, ölkəmizin şəhər və kəndlərinin, yollarımızın abadlaşdırılması və bütün sosial layihələrin həyata keçirilmə səviyyəsi də məhz büdcəyə vergi daxilolmalarından birbaşa asılıdır”.

AZXEBER.COM son olaraq müğənnillərin toy qiymətlərini təqdim edir:

Bütun toy
Abbas Bağırov – 14 000
Briliant Dadaşova – 12 000
Ramal İsrafilov – 12 000
Günay İbrahimli – 10 000
Nadir Qafarzadə – 10 000
Elton – 9 000
Xumar Qədimova – 9 000
Ağadadaş Ağayev – 8 000
Xatirə İslam – 8 000
Samir Piriyev – 8 000
Vasif Məhərrəmli – 8 000
Rəqsanə – 7 000
Xəyyam Nisanov – 7 000
Könül Kərimova – 7 000
Zamiq – 7 000
Mətanət İsgəndərli – 7 000
Könül Xasıyeva – 7 000
Nüşabə Ələsgərli – 7 000
Eyyub Yaqubov – 7000
Mətanət Əsədova – 7 000
Elçin Cəfərov – 7000

Ayaz Qasımov – 6 000
Manaf Ağayev – 6 000
Səməd Səmədov – 5 000
Əflatun Qubadov – 5 000
İzzət Bağırov – 5 000
Nazim Faytonçu – 4 500
Bahar Lətifqızı – 4 500
Elvin Abdullayev-4 000
Emil Bədəlov – 4 000
“Şeron” qrupu (Ülvü) – 4 000
Nazənin – 4 000
“Qala” qrupu – 4 000
Əlikram Bayramov – 4 000
Zaur Əmiraslanov – 3 500
Rüfət Axundov – 3 500
Elariz – 3 500
Mənsurə Musayeva – 3 500
Cavanşir Məmmədov – 3 500
Baloğlan Əşrafov – 3 000

Yarım saat

Аygün Kazımova – 6 000
Röya – 6 000
Brilliant Dadaşova – 5 000
Ramal – 4000
İradə İbrahimova – 4 000
Günay İbrahimli – 3 500

Nadir Qafarzadə – 3 000

Namiq Qaraçuxurlu – 3 000

Elçin Cəfərov – 3 000

Üzeyir Mehtizadə – 3 000
Manana – 2 500
Ədalət Şükürov – 2 500
Könül Kərimova – 2 500
Xumar Qədimova – 2 500
Хatirə – 2 500
Natavan Həbibi – 2 500
Мənsum İbrahimov – 2 500
Zamiq – 2 500
Eyub Yaqubov 2 000
İlqar Muradov – 2 000
Könül Xasıyeva – 2 000
İzzət Bağırov – 1 500
Elariz – 1 500
Mələkxanım Əyyubova – 1 500
Aşıq Telli-1 500
Aşıg Samirə – 1 500
Aygün Bəylər – 1 500
Aşıq Əli – 1 500
Rəşad Dağlı – 500
Elşən Xəzər – 500
Pərviz Bülbülə 500
Orxan Lökbatanlı-500
Vüqar Billəcəri-500(Azxəbər)

Maqazin, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti