!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergilər azaldı – Maaş artdı

!Reklam – Yazi

wew12Yanvarın 1-dən Vergilər Nazirliyi əmək haqlarında gəlir vergisi üzrə güzəştin tətbiqinə başlayıb.

Bu barədə vergilər nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş bu dəyişiklik fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə” Qanunla Məcəllənin 102.1.6-cı maddəsinə dəyişiklik edilib və 2016-cı ilin yanvar ayının 1-dən əsas iş yerində aylıq gəliri 2.500 manatadək və illik gəliri 30 min manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəştin tətbiqi nəzərdə tutulub.

Məlum olduğu kimi, ölkə üzrə aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq hər il əmək haqları davamlı olaraq artırılır. Lakin muzdlu işçinin həmin artımdan bəhrələnməsi imkanı yox idi. Çünki vergi qanunvericiliyində indiyədək qüvvədə olan güzəştlərin tətbiqi mexanizmi elə qurulmuşdu ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu.

Vergi Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində işçi əməkhaqqı artımından tam bəhrələnə biləcək. Bu vergi güzəştindən həm dövlət sektorunda, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalanacaq.

Dəyişikliyi aşağıdakı nümunədən daha aydın görmək olar.

Əmək haqlarına tətbiq edilən vergi güzəşti son nəticədə ölkə əhalisinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına təkan verəcək. Bu addım əhalinin gəlirləri artırmaqla onların maddi rifah halının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək.(ans)

 

www.yenicag.az

786
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv