Ads by Google

hightechnic
Ads by Google

fdefefgfrg“Bu ölkədə ədalətin olduğuna həmişə inanırdım, indi isə inamım daha da artmağa başlayır. Vergilər Nazirliyinə qarşı məhkəməni udduq”.

Modern.az saytının xəbərinə görə, bu barədə “Media Təqib Mərkəzi”nin rəhbəri ilahiyyatçı Elşad Miri bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi tərəfindən açılan səyyar vergi yoxlamasının nəticəsi barədə aktın etibarsız olduğu məlum olub.

“Əvəzimə çəkilən imzanın da saxta olduğu məlum oldu və məhkəmə bu gün lehimizə qərar verərək tətbiq olunan cəriməni ləğv etdi! İndi qaldı, müfəttişə qarşı rəsmi sənəddə saxtakarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə cinayət işinin açılması”,-deyə o əlavə edib.

Qeyd edək ki,”Media Təqib Mərkəzi” vergidən yayınmaqda ittiham edilirdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 77
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."