!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergilər Nazirliyi “Turan” haqda açıqlama yaydı

!Reklam – Yazi

Kütləvi informasiya vasitələrində “Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulması ilə bağlı məlumatlar yer alıb.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar Vergilər Nazirliyindən Azərtac-a bildirilib ki, vergiödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur. Bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Vergilər Nazirliyi ilə banklar arasında bağlanılmış elektron sənəd mübadiləsi haqqında kollektiv sazişin tələblərinə əsasən insan amili olmadan, avtomatlaşdırılmış qaydada və elektron şəkildə həyata keçirilir.

Həmin proqram təminatında yaranmış texniki nasazlıq səbəbindən “Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulub və dərhal bu nasazlıq aradan qaldırılaraq sərəncam geri götürülüb.

www.yenicag.az

1767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv