“Verilən qəpik-quruş uşağın dərmanına çatmır” – Əlil uşağın anasının fəryadı

Müəllif: Redaktor

Editor

381e95e8-094d-4dc2-9048-80420c116b18Aylardan bəri “pensiyası”nı vaxtlı-vaxtında ala bilməyən təqaüdçülər sırasına daha yeni bir axın da qoşuldu.

Budəfəki şikayətçilər övladlarının əlilliyinə görə pensiya ala bilməyən analardır.

Problemlə bağlı üzünü Yenicağ.Az-a tutan şikayətçi M.Şükürova dərdini az qala ağlaya-ağlaya anladır. Ananın sözlərinə görə, oğlu serebryal iflic xəstəliyindən əziyyət çəkir. Və bunun üçün dövlətdən aldığı 70 manata da artıq iki aydır ki, həsrətdir. “Verilən qəpik-quruşdur, vallah. Heç uşağın dərmanına çatmır. Özüm də ürək əməliyyatı keçirmiş adamam. Kirayədə qalıram. Zəng edib, gecikmənin səbəbini soruşdum. Dedilər ki, büdcədə pul yoxdur. Bu boyda ölkənin büdcəsində əlillərə verilməyə pul yoxdur? Dərdimi kimə deyim, bilmirəm”. Yeri gəlmişkən qeyd edək ki, hər ayın 5-ə qədər təqaüdünü alanların da gözü yoldadır. Bu gün ayın 8-i olsa da hələ ki, təqaüdçülərin gözü yoldadır.

 

Zakirə Zakirqızı

Yenicağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır