Vəsait “Qarabağ”-ın hesabına köçürüldü

Vəsait “Qarabağ”-ın hesabına köçürüldü

Müəllif: Redaktor

Baş Redaktor

UEFA “Qarabağ” klubuna daha 980 min avro vəsait ayırıb. Yeniçağ.az-ın məlumatına görə, vəsait komandanın cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı əldə etdiyi nəticələrlə bağlı verilib.

Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrup mərhələsində 2 qələbə qazanıb və 1 dəfə meydanı sülhlə tərk edib. Digər 3 oyunda isə komanda məğlubiyyətlə üzləşib.

Yenicag.az

Xəbərlər, İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti