www.sinerjipro.net

SinerjiProWide
Reklam

O5Rl80Vexd9jNərimanov rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi “Vətən mənə oğul desə nə dərdim…” adlı Milli Qəhrəmanların təbliğinə həsr edilmiş www.qehremanim.az portalının təqdimatı və ictimai müzakirə keçirib.

Tədbirdə çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı layihə haqqında geniş məlumat verib. O bildirib ki, Vətən uğrundan şəxsi igidlik nümunələri göstərmiş Milli Qəhrəmanlarımız hər bir Azərbaycan gənci üçün nümunədir. Fərid Şahbazlı vurğulayıb ki, layihə çərçivəsində maarifləndirici materiallar, internet saytı, video-roliklər hazırlanıb: “”Vətən mənə oğul desə nə dərdim” adlı layihə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin Milli Qəhrəmanların geniş şəkildə tanıdılması, onların keçdiyi şərəfli həyat yolunun təbliği vasitəsilə həyata keçirilməsini hədəfləyir”.

Daha sonra çıxış edən Millət vəkili Qənirə Paşayeva, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Gənclər Fondunun nümayəndəsi Aişə Məhərrəmova, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə, AMEA Dilçilik İnsititutu Gənc Alimlər Şurasının sədri Cahid İsmayıloğlu torpaqlarımızın 20 faizinin düşmən işğalında olduğu bir məqamda Azərbaycan gənclərinin üzərinə daha böyük məsuliyyətin düşdüyünü, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyəsinin zəruriliyini qeyd ediblər. Natiqlər vurğulayıblar ki, Milli qəhrəmanların təbliğinə həsr edilmiş portal bu mənada mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, tədbirin keçirilməsinə Nərimanov rayon Gənclər və İdman İdarəsi dəstək verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 109
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."