yenicag.az
yenicag.az

Vətəndaş pulunu ödədi, “Qafqaz Lizinq” maşını əlindən alıb başqasına satdı

Vətəndaş pulunu ödədi, “Qafqaz Lizinq” maşını əlindən alıb başqasına satdı

Müəllif: Redaktor

Editor

1455604254_qlizing20 min manatlıq maşina 21500 manat ödəyən şəxsdən üstəlik, əlavə pul da tələb edirlər

Azərbaycanda fəaliyyət göstərən əksər bank və qeyri-bank müəssisələri ilə vətəndaşlar arasında qalmaqalların yaşanması artıq normaya çevrilib. Kreditlərin ödənilməsi zamanı yaranmış sıxıntılardan dolayı meydana çıxan problemi bəzi hallarda dinc şəkildə həll etmək mümkün olsa da, bəzən də iş məhkəmə müstəvisinə qədər qalxır. Amma bu zaman qanunsuzluq, özbaşınalıq edən şirkətlərin də olduğunu inkar etmək mümkün deyil.

JAM.AZ-a müraciət edən vətəndaşlardan biri isə «Qafqaz Lizinq» şirkətindən şikayətçi düşüb. O bildirib ki, 2012-ci ildə «Qafqaz Lizinq» şirkətiylə müqavilə bağlayaraq, «Mersedes» markalı avtomobil alıb. Onun sözlərinə görə, şirkətin mütəxəssisləri avtomobilin real bazar qiymətinin 18450 manat olduğunu sənədləşdiriblər. Müqabilində isə vətəndaşa 14750 manat pul verilib.

Şikayətçi vurğulayır ki, sənədlərə əsasən «Qafqaz Lizinq»dən götürülən pulun faiz dərəcəsi ilə birlikdə ümumi həcmi 20288 manat olmalıymış. Yəni, alınmış 14750 manata qarşı 20288 manat ödənilməliymiş. Elə vətəndaş da bu qaydalara əsasən bütün ödənişlərini edib və məlum olub ki, cəmi 21518 manat vəsait şirkətə verilib. Amma…

JAM.AZ-a verdiyi açıqlamasında sözügedən şəxs qeyd edib ki, «Qafqaz Lizinq» bütün bu ödənişlərlə kifayətlənməyərək, ondan əlavə pul tələb edir. Üstəlik, avtomobilini də əlindən alaraq, onu başqasına 8500 manata satıblar. «Bu qədər pul ödə ki, maşın sahidi olasan. Axırda da hansısa fırıldaqçı, qoluzorlu şirkət maşınını əlindən ala və başqasına sata. Bun ə adələtdir, nə qanunsuzluqdur, nə hüquqsuzluqdur? Mən avtomobilimin geri qaytarılmasını tələb edirəm».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Araşdırma, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti