www.sinerjipro.net

SinerjiProWide
Reklam

11822224_1048396311866908_375866454_oAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin dəstəyi, Altunay Əsgərin təşkilatçılığı ilə həyata keçirilən “Vətənimə xidmət edirəm” layihəsinə start veriləcək.

Layihənin məqsədi tutduğu vəzifəsindən, mövqeyindən və əqidəsindən asılı olmayaraq vətənə əzmlə xidmət etmək prinsiplərini təbliğ edərək gənclərdə vətənpərvərlik ruhunu yüksəltməkdir.

Bildiyimiz kimi son zamanlarda uğurla həyata keçirilən “Azərbaycan Gənclər Siyasəti”nin bir istiqaməti də çağırışa qədərki və həqiqi hərbi xidmətdə olan gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsiplərinin təbliğ olunması və onların ruh yükəsliyinin qaldırılmasıdır. Bundan irəli gələrək layihə çərçivəsində çəkiləcək olan video çarxda yuxarıda qeyd etdiyimiz prinsiplərin gənclər arasında təbliği nəzərdə tutulub. Ərsəyə gələcək olan video çarxda gördüyü işdən asılı olmayaraq vətəninə, xalqına ləyaqətlə ximdət edən insanlar cəmiyyətə bir nümunə kimi təqdim ediləcəkdir. Sözügedən video çarxda müxtəlif peşə sahibləri (hərbiçi, müəllim, bağban, satıcı, jurnalist, tələbə, rəssam, dərzi, çörəkçi, həkim, polis, gəmiçi və s.) bir araya gələrək hərəsi öz sahəsində vətəninə layiqli vətəndaş kimi necə xidmət etdiyini nümayiş etdirəcək. Layihənin ana ideyası vətənpərvərliyin və vətənə xidmətin əsgər səngərləyirlə sərhədlənmədiyini göstərmək və vətənə xidməti hər birimizin gündəlik həyat tərzinə çevirməkdir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."