www.sinerjipro.net

SinerjiProWide
Reklam

47757cb1c711fabdd12913d146cc38beSaatlı rayonunda Əfqanıstan müharibəsi veteranı bıçaqlanıb.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində baş verib.

Kənd sakini Raziyyə Şəmmədova Sabirabad sakini Teymur Həsənlidən qızını evinə aparmağı xahiş edib. Qonşusunu avtomobildə gözləyən T. Həsənliyə yaxınlaşan Mustafabəyli kənd sakini Behbud Şəmmədov ondan maşını başqa yerdə saxlamağı tələb edib. Bir müddət sonra B. Şəmmədov yenidən yaxınlaşaraq əlindəki mətbəx bıçağı ilə T. Həsənliyə xəsarətlər yetirib.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən B. Şəmmədov saxlanılıb. O, hadisəni içkili vəziyyətdə törətdiyini bildirib.

Qeyd edək ki, T. Həsənli Əfqanıstan müharibəsi veteranıdır, I qrup əlildir.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."