Yazı İçi 468×60

timthumb Məlum olduğu kimi,  2 fevral tarixi ölkəmizdə “Gənclər günü” kimi qeyd olunur. “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsi kadr siyasətlərində gənclərə necə önəm verdikləri ilə bağlı maraqlı statistika açıqlayıb. Şirkətin yaydığı məlumatda bildirilir ki, Azərbaycanın qida sektorunda xüsusi rolu və yeri olan “Veysəloğlu” şirkətlər qrupunda çalışan 17-35 yaş aralığında olan işçilər 76.5% təşkil edir:

” Şirkət əməkdaşlarının 47.1%-i isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, Şirkətlər Qrupunda çalışan əməkdaşların təqribən yarısı gənclərdir. Hər zaman inkişaf etməkdə olan şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edir. Belə ki, “Veysəloğlu” Şirkətlər Qrupu işçi heyyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir. Bunun üçün öz hesabına ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.Veyseloglu

Şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olmuş işçilərnin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil almalarına da daim yardımçıdır.

Xatırladaq ki, 2 fevral ümumrespublika Gənclər günüdür. Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14–29 yaşlarında hesab edilir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."