!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Vicdan haqqı”nın Nərmini: "Onunla evlənməyimizi istəyənlər var"  

!Reklam – Yazi

ATV-də yayımlanan “Vicdan haqqı” serialının Nərmini – Yağmur Şahbazova canlandırdığı obrazın insanlar tərəfindən birmənalı qarşılanmadığını deyib.

Yenicag.az-a açıqlama verən gənc aktrisa sosial şəbəkədə və getdiyi məkanlarda insanların sərt reaksiyası ilə qarşılaşdığını deyib:

“Adamlara elə gəlir ki, oynadığım obrazın taleyini real həyatda da yaşayıram. Bu yaxınlarda xəstəxanaya getmişdim, bir qadın mənə yaxınlaşıb, məzəmmət etdi. Dedi ki, bu nə hərəkətdir etmisən, səni valideynlərin Türkiyəyə oxumağa göndərmişdi, amma sən sevgilindən hamilə qalıb, geri qayıtdın. “Xanım, bu obrazdır, həyatda belə hadisə baş verməyib”,-deyə başa salmağa çalışsam da inanmadı. Elə dediyini deyib durdu.

Sosial şəbəkədə də yazırlar ki, Vüsal səni xilas etdi, amma ondan boşanmaq istəyirsən. Hətta mənə yalvaranlar da olub. Deyiblər ki, bilirik, qayınananın sənə münasibəti pisdir, amma Vüsal yaxşı oğlandır, səni sevir, ondan ayrılma. Vüsalla real həyatda evlənməyimizi istəyən tamaşaçılar var. Onlara başa salmaq olmur ki, sevgi sifarişlə deyil, gərək arada hisslər olsun. Biz Vüsalla həyatda dostuq, sevgili deyilik”.

Xatırladaq ki, Nərmin serialda Türkiyədə sevdiyi oğlandan hamılə qalıb. Oğlan qəzaya düşərək həlak olub. Amma bu hadisəni ailəsindən gizlədib. Yaxın qohumu Vüsal Nərmini vəziyyətdən çıxartmaq üçün uşağın atası olduğunu deyərək, onunla evlənir. Nərmin bu saxta evliliyə son qoymaq istəsə də, Vüsal boşanmaq istəmir.

Cəvahir

www.yenicag.az

10398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv