!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vidadi Zeynalov və digərlərinin əmlaklarına həbs qoyulub – SİYAHI

!Reklam – Yazi

mehkeme-logo-2Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə təqsirləndirilən şəxslərin və onların ailə üzvlərinin əmlaklarına həbs qoyulub.

APA-nın məlumatına görə, həmin əmlakların qiymətləndirilməsi üçün mütəxəssis rəyi alınıb. Rəyə əsasən, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun arvadı İradə Qəmbərovaya məxsus Bakının Nərimanov rayonu Rasim Muxtarov küçəsində olan əmlak 1.341.487.66 manat, təqsirləndirilən şəxslərdən hazırda axtarışda olan “Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Elxan oğlu Kərimovun Abşeron rayonunda yerləşən və onun icarəsində olan torpaq sahəsinin qiyməti 70 min manat, “Harley Devidson” markalı motosiklet 12.500 manat, “AKEY”MMC –nin adına rəsmiləşdirilmiş “Maserati Quatroporte” markalı avtomobil 155.733.8 manat, “Jaguar XJ” markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.

Cəlil Cəfərovun iş yerindən və evindən götürülmüş əşyaların dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə ekspert rəyi alınıb. Rəyə əsasən, C. Cəfərovun iş yeri və evindən götürülmüş “Longines” markalı saatın dəyəri 1.200 manat, üzərində “Sussie 100 g fine gold” yazılmış qızıl metalın dəyəri 1300 manat, üzərində “Azərbaycan Müstəqilliyi 1991-2011 Azərbaycan Respublikası 100 manat” yazılmış 2 ədəd qızıl metalın dəyəri 4 min manat, üzərində “Elizabeth II Australia 50 dollars” yazılmış qızıl metalın dəyəri 13 min manat, üzərində qızıl rəngli imza olan daş parçasının qiyməti 150 manat, qızıl metaldan qalstuk sıxanın dəyəri 200 manat, gümüşü rəngli açar saxlayanın dəyəri 150 manat, qızıl metaldan qalstuk sıxan və köynək düymələrinin dəyəri 750 manat, gövdəsində “İşgüzar əməkdaşlığa görə nazir, akademik Əli Abbasov” yazılmış saatın qiyməti 750 manat, “Tissot” markalı saatın qiyməti 250 manat, “Pierre Cardin” markalı suvenirin qiyməti 120 manat, ətir və qələmlərin qiyməti 2750 manat, ümumilikdə 22 əşyanın dəyəri 25.420 manat qiymətləndirilib.

“Aztelekom” MMC-nin baş mühasibi olmuş Oqtay Rüstəmovun Badamdar qəsəbəsində olan evə, Türkan qəsəbəsində olan bağ evinə, Xaçmaz rayonunda olan torpaq sahəsinin üzərinə həbs qoyulub.

İstintaq zamanı Vidadi Zeynalovun və onun ailə üzvlərinin də əmlaklarının üzərinə həbs qoyulub.

Dəymiş ziyanın ödənilməsi məqsədi ilə “Aztelekom” MMC-nin baş direktoru olmuş Məmmədov Məmməd Əsgər oğlunun arvadı Şükufə Məmmədovanın adına Binəqədi rayonunda olan mənzil, qızı Şeyda Məmmədovanın adına Nəsimi rayonunda olan mənzil, Səbail rayonunda olan qeyri-yaşayış sahəsi, oğlu Babək Məmmədzadənin adına olan mənzilin üzərindən həbs götürülüb.

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv