www.sinerjipro.net

SinerjiProWide
Reklam

cc384fdbe2cbİcra başçısı Cavanşir Əsgərov, Faiz Əliyev və Mehdi Bayramova çatmalı olan 328 min manatı 5 ildir vermir

Azərbaycanda rayonlarda aparılan abadlıq işlərindən icra başçılarının böyük qazanc əldə etdiyi kimsəyə sirr deyil. Bir çox rayonlarda smeta dəyərləri şişirdilməklə milyonlarla vəsaitin silindiyi də gizli sayılmır. Amma hadisələr fonunda xeyli sayda əziyyət çəkən iş adamlarının olduğu yavaş-yavaş üzə çıxır.

JAM.AZ xəbər verir ki, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun da adı bu siyahıya düşüb və onunla bağlı şikayət edənlərin də sayı artmaq üzrədir. Bu barədə daxil olan məlumatlarda vurğulanır ki, Cəfərov təkcə Kürdəmirdə deyil, elə əvvəllər işlədiyi Tərtər rayonunda da «ad çıxarıb»mış.

JAM.AZ-a müraciət edən iş adamları Cavanşir Əsgərov, Faiz Əliyev və Mehdi Bayramov Ceyhun Cəfərovdan pullarını ala bilmədiklərini vurğulayıblar. Onlar qeyd edib ki, 2011-ci ildə Ceyhun Cəfərov tərəfindən Tərtər rayonuna dəvət ediliblər. «O zaman Tərtərin icra başçısıydı və bizə abadlıq işlərində ona yardımçı olmağımızı istədi. Təbii ki, biz də buna razılıq verdim. Ceyhun Cəfərov razılaşmamıza əsasən Tərtərdəki Heydər Əliyev prospektində, Nizami küçəsində, İcra Hakimiyyətinin binasında, «Ana» abidəsinin yanında və ticarət obyektlərinə üzlüklərin vurulmasına icazə verdi».

Cavanşir Əsgərov, Faiz Əliyev və Mehdi Bayramov qeyd edirlər ki, həmin vaxt icra başçısına smeta tutulması və müqavilə bağlanılmasını təklif etsələr də, o, bundan imtina edib. «Ceyhun Cəfərov bizə dedi ki, «ayıbdır, dostuq, sizə işə başlayın, hər şey yaxşı olacaq». Biz də ona inandıq və işləri görməyə başladıq».

İş adamları qeyd edirlər ki, Tərtərdə gördükləri işin ümumi dəyəri 520578 manat təşkil edib. «Həmin pulun cəmi 192 min manatı bizə ödənilib. Yerdə qalan 328 578 manat hələ də qalıb və Ceyhun Cəfərov onu ödəməkdən imtina edir. Üstəlik, bizi hədələməkdən də çəkinmir. Deyir ki, sizi şərləyib, tutduraram. O, bizi şərləyə bilməz, çünki dövlət başçısına güvənir və inanırıq. Günahsız olduğumuz halda Ceyhun Cəfərov bizi necə həbs etdirə bilər?»

Əsgərov, Əliyev və Bayramov deyirlər ki, həmin vaxtdan qalan borcun ödənilməməsi onları həm maddi, həm də səhhət baxımından ciddi zərərə salıb. «Sahibkarlardan, dükanlardan götürdüyümüz malların pullarının bir qismini özümüz cibimizdən ödədik. Bütün avadanlıqlarımızı, maşınlarımızı satmalı olduq. Üstəlik, keçirdiyimiz əsəb və stresdən dolayı şəkər xəstəliyi tapdıq, hipertoniyaya düçar olduq. Lakin Ceyhun Cəfərovdan daş kimi səs çıxmadı».

Hər üç iş adamı dövlət başçısına müraciət edərək, ondan yardım istəyiblər. Bildiriblər ki, hazırda Kürdəmirin icra başçısı olan Ceyhun Cəfərovla Tərtərdə gördükləri işin müqabilində onlara çatacaq 328 min manatın ödənilməsinə köməklik göstərməsini xahiş ediblər.

Qeyd edək ki, Ceyhun Cəfərov “MTN işi”nə görə, həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun qohumudur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."