!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vikipediya Azərbaycanın 500 illik tarixini necə yoxa çıxardı? - Fakt

!Reklam – Yazi

Azərbaycan tarixinə fəqrli yanaşmalar, qərəzli münasibətlər tarix boyu özünü göstərib. Müasir dövrdə isə düşmən dəyirmanına su tökən dırnaqarası vətənpərvərlərin müxtəlif internet portallarında yerləşdirdiyi tarixi faktlar isə özümüzü kəsən qılıncdan başqa bir şey deyil. İnternet vasitəsilə axtarış zamanı ümumilikdə, Azərbaycan tarixi ilə bağlı müxtəlif yazılara rast gəlinir. Amma informasiyanın ən doğru məkanı vikipediya hesab olunduğundan ən səhih tarixi məlumatları da oradan öyrənməyə çalışırıq. Amma ən böyük təəssüfedici məqam elə vikipediya ilə bağlıdır.

Çünki Azərbaycan tarixi ilə bağlı məhz burada bir çox yanlışlıqlarla yanaşı, həm də tarixi təhriflərin olduğu heç kimə sirr deyil. Vikipediyada “Azərbaycan tarixi” adı ilə yer alan məlumatın “Orta əsrlər” bölümündə Şəddadilər dövründən birbaşa Qacarlara keçid edilir. Bu iki sülalənin hakimiyyəti arasında olan 500 ilə yaxın bir dövrə rast gəlinmir. Halbuki, bu dövrdə Azərbaycan dövlətçilik tarixini yaratmış Səfəvilər barədə bir cümlə olsun belə qeyd edilməyib. Onu da qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsində bir faktı qeyd edir:

“Orta əsrlərdə və ən yeni tarixdə bəzi müəlliflər lap əvvəldən Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçmiş, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe tutmuşlar”.

Bəs görəsən vikipediyada yer alan bu məsələ haradan qaynaqlanır?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan tarixçi alim Kərəm Məmmədov deyir ki, orta əsrlər tarixinin Şəddadilərdən sonrakı dövrü Azərbaycanın şanlı tarixidir:

Kərəm Məmmədov ile ilgili görsel sonucuDövlətçilik tariximiz kutilərdən başlayaraq, 1925-ci ilə qədərki dövrü əhatə edir. Və indiki İran ərazisini də biz idarə etmişik. Tarixi dövrün bir hissəsini necə itirmək olar? Şəddadilərdən sonra Azərbaycan Səlcuqlar hakimiyyətinin daxilində olub və çəkinmədən deyə bilərəm ki, həmin imperiya birbaşa Azərbaycandan idarə olunub. Sonrakı dönəmdə Azərbaycan Hulakilər dövlətinin metropoliyasına daxil edilib. Böyük bir dövr unudulub. Eləcə də Səfəvilərin hakimiyyəti dövrü necə qeyd edilməyə bilər? Olmaz axı belə?
Belə səhvləri aradan qaldırmaq üçün maddi dəstək ayrılmalıdır ki, qruplar bu sahədə ciddi şəkildə işləsin. Orta əsr Azərbaycan tarixi ilə bağlı alimlərimizin yetərincə araşdırmaları var. Bu materialları vikipediyada yerləşdirmək olar. Tarix elə bir aynadır ki, millət özünü orada tanıyır. O ayna olmasa, millət hansı tarixi ilə fəxr edə bilər ki?”

Anar İsgəndərov ile ilgili görsel sonucuProfessor, tarixçi alim Anar İsgəndərov isə Yeniçağ.Az-a deyib ki, vikipediya ilə bağlı müəyyən işlər həyata keçirilir:

“Bildiyimə görə, belə bir hazırlıq qrupu var. Məni də ekspert kimi dəvət edəcəklərini demişdilər. Elə sizin saytınızın qaldırdığı səhvlər, problemlərlə bağlı işlər görülür”.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Vikipediya üzrə əməkdaşı Günay Məmmədova isə bildirdi ki, vikipediya mərkəzi 2015-ci ilin mart ayından fəaliyyətə başlayıb. Onun sözlərinə görə, indiyədək qruplar üzrə 28 təlim keçirilib:

“Bu təlimlərdə 170 nəfərə yaxın şəxs iştirak edib. İndiyədək vikipediyada 140 məqalə yerləşdirilib. Azərbaycan dilində olan vikipediya səhifəsində düzəlişlər iki cür, əsas redaktə və vizual redaktə vasitəsilə aparılır. Saytınızın qeyd etdiyi məsələ ilə bağlı onu deyə bilərəm ki, ola bilsin yerləşdirilən məqalənin bir hissəsi qoyulub, amma getdikcə burada təkmilləşdirmə aparılır. Ümumiyyətlə, səhvlərin aradan qaldırılması ilə bağlı müraciətlərə dərhal cavab veririk və onlar aradan qaldırılır. Azərbaycan tarixi səhifəsində “orta əsrlər” bölümündə qeyd edilən problem tezliklə öz həllini tapacaq”.

G. Məmmədova qeyd edib ki, ümumilikdə, vikipediya üzrə 500 admin fəaliyyət göstərir və onların 13-ü Azərbaycan üzrə adminlik edir.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

1033
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv