!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vilayət Eyvazov Nardaran sakinləri ilə profilaktik söhbət aparıb -Video

!Reklam – Yazi

qaynarimage197851Bu gün Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə əməliyyat keçirib.

Nardaran qəsəbəsinin mərkəzi yollarında və meydanında, həmçinin qəsəbəyə giriş-çıxış yollarında polis nəzarəti davam edir.

Qəsəbə sakini Natiq Kərimovun APA-ya verdiyi məlumata görə, qəsəbəyə gəlmiş daxili işlər nazirinin müavini Vilayət Eyvazov sakinlərlə söhbət edib.

V. Eyvazov sakinlərlə profilaktik söhbət aparıb. Onları polisin qanuni tələblərinə əməl etməyə çağırıb.

Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları qəsəbənin küçə və meydanlarını radikal dini simvollardan təmizləyib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.

Məlumata görə, keçirilmiş əməliyyat nəticəsində saxlanılanlar var. Qəsəbədə bəzi evlərdən silah-sursat aşkar olunaraq götürülüb.

***
Bu gün Daxili İşlər Nazirliyi (DİN), Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda birgə xüsusi əməliyyat keçirib.

APA-nın məlumatına görə, Nardarana giriş-çıxış, həmçinin qəsəbənin içi polis tərəfindən tam nəzarətə götürülüb. Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib.

Qəsəbəyə daxili işlər nazirinin müavini Vilayət Eyvazov da gəlib.

Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb.

Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.

Qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.yenicag.az

1352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv