!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vilyam Hacıyev məktəbin açılışın etdi

!Reklam – Yazi

1473941484_dsc_2164İmişlidə yeni məktəb binası istifadəyə verildi

Rayonun Məzrəli kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılışı olub.

Məzrəli tam kənd orta məktəbinin əsaslı təmirinə 2015-ci ilin dekabr ayında start verilmişdir.

640 şagird yerlik və 27 sinif otağı olan məktəb binası ən müasir tələblər səviyyəsində əsaslı təmir edilərək bu ilin avqust ayında təhvil verilib. Binanın daş divarlarından başqa qalan hissəsi yenidən qurulub. Dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, döşməsi, fasadı yenidən qurulub. Məktəb binası dayanıqlı istilik və enerji ilə də təmin edilərək günün tələblərinə uyğunlaşdırılmışdır.

Otaqlar həmçinin, inventar və dərs ləvazimatı ilə də təchiz olunub. Məktəbdə idman və akt zalı, kitabxana, kompüter otaqları da fəaliyyət göstərəcək. Açılış mərasimində çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev kənd sakinlərinə gözaydınlığı verib. Bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində son on ildə rayonda 30 yeni məktəb binası inşa edilib, 15 məktəb isə əsaslı təmir olunub. Bununla da rayonda təhsil ocaqlarının yenidən qurulması işləri 90 faiz həllini tapıb. Digər çıxış edən kənd sakinləri, ağsaqqallar da öz növbəsində göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər. Sonda məktəbin sinif otaqları ilə tanışlıq olub.

www.yenicag.az

1287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv