Yazı İçi 468×60

yenicag.az_vilyamBir neçə gündən bəri ölkənin müxtəlif media orqanlarında İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və onun ailə üzvüləri ilə bağlı müxtəlif xəbərlər yayılmaqdadır.

Vətəninfo.az xəbər verir ki, bu xəbərlərin yayılmasında maralı olanlar özlərini pərdələmək üçün Vilyam Hacıyevlə şəxsi dostluq münasibəti olan media rəhbərlərinin,xüsusilə də Vətəninfo.az İnformasiya Agentliyinin rəhbəri Nahid Canbaxışlının adını hallandırmadadırlar.

Vətəninfo.az-ın baş redaktoru Nahid Canbaxışlı bununla bağlı bildirib ki, bu qara piar kampaniyasını aparanlar və sifarişçiləri geç-tez gün üzünə çıxacaqlar. “Mübarizəni kişi kimi aparmaq lazımdır.Əgər məndə Vilyam Hacıyevlə bağlı hansısa məlumat olmuş olsaydı,o zaman ilk olaraq o məlumatın nə qədər doğru olub-olmadığın elə Vilyam müəllimin özü ilə dəqiqləşdirərdim. Necə ki, bu günə kimi belə olub. Amma bu gün bəziləri hansısa bir xəbəri yayıb, bu xəbərin bizim vasitəmizlə mediaya servis edildiyini iddia edirlərsə, o zaman buyurub o iddalarını təsdiqləyən faktları ortaya qoysunlar. Qoya bilmirlərsə və buna görə, bizim adımızı hallandırırlarsa, ən ağır sözləri ünvanlarına deyirəm. Mən bir məsələni də qeyd edim ki, gün ərzində Vilyam Hacıyevlə bir neçə dəfə telefon söhbətimiz olub və artıq ciddi cəhdlə gizlədilən “mənbə” bəllidir. Vilyam müəllim mənimlə söhbətində qeyd etdi ki, o, bu məsələni hüquq müstəvisində həll edəcək”.

Vətəninfo.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."