www.sinerjipro.net

SinerjiProWide
Reklam
img1869051Tanınmış kinorejissor Eldar Ryazanov xəstəxanaya yerləşdirilib. Eldar Ryazanov dünən səhər saatlarında evində olarkən özünü pis hiss edib. Saat 5-də onun yaxınları həkim çağırıblar və o, xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyəytinin ağır olduğunu bildirirlər. Məlum olub ki, Eldar Ryazanov infarkt keçirib. Bundan başqa müayinə zamanı onun ciyərlərində şiş də aşkarlanıb.
Xatırladaq ki, kinorejissor Eldar Ryazanov keçən ilin noyabr ayında da xəstəxanaya yerləşdirilmişdi. Onun ətrafındakılar Ryazanovun Burdenko adına neyrocərrahiyyə institutunda müayinə keçdiyini deyirdilər. Amma bir çox mənbələr Ryazanovun insult keçirdiyini və bədəninin bir hissəsinin qismən iflic olduğunu bildirirdi.
Qeyd edək ki, 87 yaşlı Eldar Ryazanov 20-yə yaxın filmin müəllifidir. Onlardan ən məşhurları “Karnaval gecəsi”, “Qusar balladası”, “Avtomobildən qorun”, “İşdə məhəbbət macərası”, “Qaraj”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İki nəfərlik vağzal” filmləridir. Noyabrın 18-də kinorejissorun 88 yaşı tamam olacaq. (ANS)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."