Yazı İçi 468×60

vitaliOlimpiya mükafatçımız medalını qaytarmır.

Bir müddət öncə Avropa və ikiqat Dünya çempionu, Pekin Olimpiya oyunlarının gümüş mükafatçısı, yunan-roma güləşçisi Vitali Rəhimov dopinq qəbulunda günahlandırılaraq, medalının qaytarılması məsələsi ilə gündəmə gəlmişdi.

Onun Olimpiya mükafatının qaytarılmasının qaçılmaz olduğu deyilirdi. Ancaq maraqlıdır ki, medal hələ də güləşçimizin özündədir.

V. Rəhimov medalını qaytarmamasının səbəbini Yeniçağ.Az-a belə açıqlayır:

“Medal məndədir. Hələ ki, onu qaytarmağımla bağlı mənə heç nə demirlər. MOK-da da heç nə deyilməyib. Heç qaytarmaq da istəmirəm. Mən özümə əminəm ki, dopinq qəbul etməmişəm. Niyə adım o siyahıya düşüb, anlamıram. Mən o medalı əziyyətlə qazanmışam. Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə də söhbətimiz olacaq. Hər vəchlə çalışacam ki, medalım özümdə qalsın”.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdikləri üçün 16 idmançının nəticələrini ləğv edib. Onların arasında yunan-Roma güləşçisi Vitali Rəhimov da var. Onun qanında qadağan olunmuş turinabol maddəsi aşkarlanıb. BOK-un qərarına əsasən, idmançının dopinq-testlərinin ikinci variantı da müsbət olduğu üçün nəticələri keçərli sayılmayıb.

Qeyd edək ki, Vitali Rəhimov təkcə medalı deyil, həm də diplomunu təhvil verməlidir.

Aygün İlqarqızı
Yenicağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."