Vitse-prezident “selfie” çəkərkən çaya yıxıldı, itkin düşdü

Müəllif: Redaktor

Editor

244731Rusiya Güləş İdmanı Federasiyasının (RGİF) I vitse-prezidenti Adlan Varayev çaya yıxıldıqdan sonra yoxa çıxıb.

Bu barədə TASS-a RGİF-in prezidenti Mixail Mamiaşvili açıqlama verib.

O bildirib ki, insident Varayevin vətəni olan Çeçenistanda baş verib: “Adlan hələ də tapılmayıb. Hamımız ona görə dua edirik”.

Varayev Arqun dərəsindən təbiəti çəkərkən və ya “selfi” edərkən, 30-40 metr hündürlükdən çaya düşüb. Onun hadisə yerində olan maşınında bütün sənədləri aşkarlanıb.

Qeyd edək ki, Adlan Varayev olimpiya medalı qazanan ilk çeçendir. O, 1988-ci il Seul olimpiadasında sərbəst güləş yarışlarında gümüş medala sahib olub. Bundan əlavə, o, 1987-ci il dünya çempionatının qalibi, 1986-cı il mundialının gümüş mükafatçısıdır. //report


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır