www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Həbs olunan casusun ifadələri ABŞ-ın FETÖ-nu yönləndirdiyini bütün çılpaqlığı ilə üzə çıxarır”.

Bu fikirləri Yenicag.az-a özəl açıqlamasında Türkiyə ilə ABŞ arasında yaranan viza məhdudiyyətinin səbəblərinə toxunan Türkiyə Böyük Millət Məclisinin (TBMM) AKP-li deputatı Burhan Kuzu deyib.

Millət vəkilinin sözlərinə görə, ABŞ-ın Türkiyə vətəndaşlarına viza məhdudiyyəti tətbiq etməsinin arxasında çox ciddi səbəblər dayanır:

“Xüsusilə, Suriya hadisələrindən sonra Amerika ilə münasibətlərimiz heç də yaxşı getmir və müəyyən məsələlər ətrafında ciddi gərginlik yaranır. ABŞ-ın terrorçu PYD-yə, PKK-ya silah yardımı etməsi Türkiyənin səbrini daşırdı.
Bildiyiniz kimi, Amerika Suriyada bir dəhliz yaradaraq, oraları PYD-nin, PKK-nın nəzarətinə verməyi, bununla da bölgənin neft və digər təbii sərvətlərini nəzarətə götürməyi planlaşdırır – əsas məqsəd budur.

Türkiyənin də Rusiya və İranla birlikdə müttəfiq qismində Suriyada atdığı addımlar ABŞ-ı çox narazı salıb. Çünki Türkiyənin bu addımları ABŞ-ın Suriyadakı oyunlarını pozdu. Eyni zamanda, Amerika Türkiyənin Azad Suriya Ordusu ilə birlikdə yeni başladığı hərbi əməliyyatlardan da çox narahatdır.

Münasibətlərdəki başqa bir problem isə FETÖ ilə sıx əlaqəsi olan Amerika casusunun bir neçə gün əvvəl həbs edilməsi ilə yarandı. Həmin casus öz ifadəsində ağıllara durğunluq gətirən məqamlardan danışıb.

Amerikanın FETÖ məsələsinin içində olduğu aşkardır. Həbs olunan casusun ifadələri ABŞ-ın FETÖ-nu yönləndirdiyi bütün çılpaqlığı ilə üzə çıxarır.

Amerika bundan rahatsız olaraq, diqqəti yayındırmaq üçün viza məsələsini ortaya atdı ki, Türkiyə o casusu azad etsin. Ancaq Türkiyə adekvat addım ataraq, öz növbəsində həmin qərarın tam qarşılığını verdi.

Yəni Amerikanı narahat edən əsas məsələ onun FETÖ ilə bağlılığı və Suriyadakı oyunların içində olmasının təsdiqlənməsi, Türkiyənin bu durumu “yeməməsi”, ABŞ-ın o fəaliyyətini deşifrə etməsidir.

Biz ABŞ-la NATO daxilində guya müttəfiqik. Ancaq Amerika Türkiyənin üzləşdiyi problemlərin həllinə hər hansı dəstək vermədi. Əksinə, Türkiyəyə savaş açan PKK-ya, PYD-yə silah yardımı göstərdi.

Terrorçulara 3 min TIR silah göndərdiklərini ABŞ-ın özü də etiraf edir. Adını da qoyurlar ki, PYD o silahlardan İŞİD-ə qarşı istifadə edəcəklər. Ancaq daha sonra o silahlar Türkiyəyə qarşı tuşlanacaq. Yəni məsələyə haradan baxsaq, Amerikanın bu addımlarında məntiq görmək olmur.

Türkiyənin reallıqdan çıxış edərək, Rusiya və Çindən yeni raket sistemləri almaq niyyəti də Amerikanın narahatlığını artırmaqdadır. Yəni bu gün üçün münasibətlər göründüyü kimidir və belə bir vəziyyətin yaranmasının səbəbləri ortadadır”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 784
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."