Vizalarla bağlı dəyişiklik

Vizalarla bağlı dəyişiklik

Müəllif: Baş Redaktor

Baş Redaktor

pasport-azerbaycan-zaqranAzərbaycan hökuməti İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında sazişin imzalanmasına hazırlığa başlayıb.

Bunu  xarici işlər nazirininmüavini Mahmud Məmməd-Quliyev deyib. Onun sözlərinə görə, İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında danışıqlar artıq başa çatıb və hazırda sazişin imzalanmasına hazırlıq gedir.
Sazişin imzalanması tarixinə gəlincə, M.Məmməd-Quliyev qeyd edib ki, ilk növbədə, həmin sazişlərin imzalanması üçün səlahiyyət almaq və digər dövlətdaxili prosedurları yerinə yetirmək lazımdır, bundan sonra konkret tarix haqqında danışmaq olar.
Nazir müavni əlavə edib ki, razılığa əsasən Şengen zonasına daxil olan İsveçrə və Norveçlə sadələşdirilmiş viza rejimi Avropa İttifaqı (Aİ) ilə sazişin şərtlərinə uyğun olacaq.

Qeyd edək ki, Aİ ölkələri ilə saziş bu il sentyabrın 1-də qüvvəyə minib.

Aİ ölkələrində qalmanı nəzərdə tutan qısamüddətli viza 180 gün ərzində 90 gündən artıq müddətdə olmayan vizadır. Sazişə əsasən, viza haqları 60-dan 35 avroyadək endirilib, bəzi kateqoriyadan olan vətəndaşlar isə viza haqlarından azad olunacaq.

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti