www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Maşın şou”nun final mərhələsinə qatılmayanlardan biri də tanınmış meyxanaçı Vüqar Əbdülovdur.

Yenicag.az-a açıqlama verən sənətçi səbəbi belə izah edib:

“Bakıda deyildim, rayona getmişdim. “Maşın şou”dan mənə zəng edib, dəvət etdilər. Dedim ki, gələ bilməyəcəm. Heç efirdən də final mərhələsini izləməmişəm. İnternet vasitəsi ilə bəzi kadrlara baxmışam. Qalibi də təbrik edirəm. Sənət baxımından götürəndə Talıb hara, Tünzalə hara?”

V. Əbldülov şouda yaşanan incikliklərini də dilə gətirib:

“Ürəyimdə incikliklər qalıb. İllərlə dostluq etdiyim aktrisa Tünzalə Əliyeva, sevilən sənətkarlar Arif Quliyev, Mehriban Xanlarova və digərləri ilə aramızda soyuqluq yaratdılar. Bəzi insanların hökmranlıq iddiası şou iştirakçıları arasında ögey-doğmalıq saldı. Buna təəssüf edirəm”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5180
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.