Ads by Google

hightechnic
Ads by Google

“Bir kanalda ardıcıl olaraq Arif Rəhimzadənin təhqir olunduğunu gördüm. Bu, yolverilməzdir. Ümummilli lider Heydər Əliyevin silahdaşı olan şəxsi təhqir edən şəxs vəzifəsindən getməliydi və getdi də”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” adlı tədbirdə çıxışı zamanı deyib.

Prezident köməkçisi telekanallarda təhqirlərə yol verməyin, xoşagəlməz ifadələr işlətməyin bağışlanmaz olduğunu bildirib:

“Arif Rəhimzadə türk və azərbaycan dilini bir-birindən fərqləndirdiyi üçün tənqid atəşinə tutuldu. Lakin o, sadəcə identifikasiya aparırdı. Deyir ki, türk dili türk dilidir, azərbaycan dili azərbaycan dilidir. Türkiyə Türkiyədir, Azərbaycan Azərbaycandır. Bu ifadələrdən çıxış edərək, Arif Rəhimzadə barədə iradlar səsləndirməyə heç kimin haqqı yoxdur.

Televiziyalarımızda türk dilində seriallar verilirdi, biz isə bu serialların yayımlanmamasına qərar verdik. Lazımi qurumlara da izahatımızı təqdim etdik. Məsələn, Ukrayna üçün türk dilində serialların verilməməsi dilə heç bir zərər gətirə bilməz. Ancaq rus dilində seriallar Ukraynanın dövlət dili üçün təhlükə yarada bilər. Çünki bu iki dil bir-birinə çox yaxındır. Türk dili və Azərbaycan dili də məhz bu qəbildəndir”.

Qeyd edək ki, Arif Rəhimzadə ilə bağlı sözügedən süjet ATV telekanalında yayımlanıb.

Görünür, ATV-nin sabiq direktoru Vüqar Qaradağlı da məhz bunun qurbanı olduğu üçün istefaya göndərilb.

Aytək Yusifsoy

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4535
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."