Yazı İçi 468×60

looVyetnamın paytaxtı Hanoy şəhərindəki “Melia” otelində Azərbaycanın milli bayramı – Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. Səfirlikdən  verilən məlumata görə, tədbirdə Vyetnam Sosialist Respublikası parlamentinin, digər dövlət və hökumət qurumlarının üzvləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun və Vyetnam ictimaiyyətinin nümayəndələri, vaxtilə Azərbaycanın ali təhsil ocaqlarını bitirmiş vyetnamlı məzunlar, Vyetnamda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan və Vyetnamın dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Anar İmanov 96 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixində “İstiqlal Bəyannaməsi”nin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun tarixindən bəhs edib. O, iki ölkə arasında münasibətlərin tarixindən və bu günündən danışıb.

Vyetnam dövləti adından çıxış edən xarici işlər nazirinin müavini xanım N. F. Nqa Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edərək, iki ölkə arasında uzun illər ərzində dostluq əlaqələrinin təşəkkül tapdığını, Vyetnam xalqının Azərbaycan və onun qonaqpərvər xalqı ilə yaxından tanış olduğunu söyləyib.

Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən film və milli musiqilərin müşayiəti ilə davam edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."