“WhatsApp” istifadəçilərin məlumatlarını toplayır

Müəllif: Redaktor

Editor

5787“WhatsApp” öz istifadəçilərinin telefon nömrələri və zəngləri haqda məlumatları toplayır. Novator.az xəbər verir ki, bunu ABŞ-ın Nyu-Heyven Univeristetinin apardığı tədqiqatlar göstərib.

“WhatsApp” dünyanın ən məşhur mobil messenceridir.

Amerikalı tədqiqatçılar “WhatsApp”ı analiz edərək bildiriblər ki, bu mobil messencerdə “FunXMPP” protokolu reallaşdırılır. Amerikalı ekspertlər müştərini serverlə birləşdirən sifrəni açıb, açar sözlər vasitəsilə ismarışlara baxa biliblər.

Tədqiqatçılar “WhatsApp” müştəriləri ilə bağlı həyata keçirilən autentifikasiya prosesini (autentifikasiya – subyektin təqdim etdiyi eyniləşdirmə məlumatlarının həqiqiliyinin yoxlanması prosesidir) öyrənərək burada səsi ötürmək üçün “Opus” sistemindən istifadə olunduğunu müəyyən ediblər.

Trafikin analizi göstərib ki, səsli zəng zamanı müştəri serverə “WhatsApp”dakı telefon nömrəsini, zəng haqda məlumatları, zəngin müddətini, tarixini və vaxtını ötürmüş olur.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir