www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Facebook” bir milyarddan çox istifadəçisi olan “WhatsApp”ın 3 ay içində iki dəfə çökməsinin səbəbini araşdırır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü mobil tətbiqdə yenidən problemlərin yaranması istifadəçilərin narazılığına səbəb olub. Bəzi ölkələrdə yarım saat, bəzi ölkələrdə isə iki saat müddətində mesajlaşmaq mümkün olmayıb. Təşvişə düşən istifadəçilər digər sosial şəbələrdə bu barədə çoxlu paylaşım ediblər. “Hamımız öləcəyik” yazılı GİF-lər qısa müddətdə “Twitter”da ən çox paylaşılan həştaqlar sırasına düşüb. Gənclər zarafatla bunun dünyanın dağılacağına işarə olduğunu yazıblar. Bir istifadəçi isə bu hadisənin səbəbi kimi sevgilisinin “WhatsApp”da hindistanlı mühəndisi bloka salmasını göstərib. Bu cür məzəli statuslar o qədər yayılıb ki, hətta onların doğruluğuna inananlar da olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1751
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."