www.sinerjipro.net

SinerjiProWide
Reklam

Son günlər “WhatsApp” istifadəçilərinə gözdən əlil uşağın fotosu göndərilir.

Yenicag.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu, “WhatsApp” şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və fotonun daha çox paylaşılacağı halda körpənin əməliyyat xərclərinin şirkət tərəfindən ödəniləcəyi bildirilir.

İKT üzrə mütəxəssis Samir Kərimov deyir ki, bu tip fotoların və mesajların paylaşılması ilə “WhatsApp” heç bir əlavə gəlir əldə etmir və şirkətin bu mesajlarla bağlı rəsmi açıqlaması var.

Samir Kərimovun sözlərinə görə, bəzi hallarda bu tip mesajlar xüsusi linklərlə göndərilir ki, həmin linklərə girən istifadəçilərin şəxsi məlumatları da oğurlana bilər.

İnsanların isə bu mesajlara yanaşması birmənalı deyil.

Mütəxəssislər bildirir ki, bu tip saxta mesajların qarşısını almaq elə istifadəçilərin öz əlindədir. Bu məlumatları paylaşmaq lazım deyil.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2916
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."