!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“WhatsApp”dan daha bir yenilik

!Reklam – Yazi

“WhatsApp” messencerində yeni funksionallıq istifadəyə veriləcək.

Axşam.az-ın məlumatına görə, sözügedən messencerin istifadəçiləri bir-birilə istənilən formatlı faylları paylaşa biləcəklər. Yalnız faylın tutumuna məhdudiyyət qoyulacaq.

Ötürülən faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün olan versiyasında tutumu 100 MB-dək faylları paylaşmaq mümkün olacaq, “iOS” sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün bu göstərici 128 MB təşkil edəcək.

Mütəxəssislər hesab edirlər ki, göndərilən faylların tutumuna qoyulan məhdudiyyətlər gələcəkdə dəyişdirilə bilər.

“WhatsApp” messencerinin beta testerləri artıq proqramın yeni versiyasına giriş əldə ediblər, adi istifadəçilər üçün yeniləmə yaxın həftələrdə əlçatan olacaq.

Yenicag.az

www.yenicag.az

872
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv