“Whatsapp”dan hamının gözlədiyi yenilik

Müəllif: Redaktor

Editor

Whatsappyenilik“Whatsapp”da yeni dövr başlayır.

AzVision.az xəbər verir ki, “Snapchat Stories” və “Messenger Day” dan sonra “Whatsapp” bənzər funksiyanı istifadəçilərə təqdim edib.

“Whatsapp”da “Status” adını daşıyacaq funksiya sayəsində istifadəçilər göndərdikləri şəkillərə emoji, doodle və ya yazı əlavə edə biləcəklər. Eynilə “Snapchatte” olduğu kimi bunlar 24 saat ərzində sistemdən silinəcək.

“Whatsapp”daki yeniliklər bununla məhdudlaşmır. Belə ki, “Whatsapp” video axtarma dəstəyini istifadəçilərə təqdim edib. “Android” platformasında beta variantı ilə artıq video görüşmələri təmin etmək mümükündür.

Digər yeniləməyə görə foto və video üzərində rəsm düzəltmək mümkün olacaq. Bu rəsmləri birbaşa “Whatsapp” mesajı ilə istədiyiniz şəxsə göndərə bilərsiniz.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır