!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

WikiLeaks”-dən ABŞ-a dair şok ifşa

!Reklam – Yazi

8c6fb88ab5d4b9b03bff9c06f9b376c7-300x169ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi gizli şəkildə dünya liderlərinin telefon danışıqlarını dinləyib.
Bu barədə məşhur WikiLeaks saytı məlumat yayıb.

Məlumata əsasən, Milli Təhlükəsizlik Agentliyi BMT baş katibi Pan Qi Mun ilə Almaniya kansleri Angela Merkel, İsrailin baş naziri Benyamin Netanyahu ilə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni, keçmiş Fransa prezidenti Nikolya Sarkozinin Merkel və Berluskoni ilə telefon danışıqlarını dinləyib.

Bundan əlavə, Avropa İttifaqına üzv dövlətlər və Yaponiyanın ticarət nazirlərinin Ümumdünya Ticarət Təşkilatı mövzusunda danışıqları da dinlənilib.

WikiLeaks-ə görə, BMT baş katibi ilə Almaniya kansleri iqlim dəyişikliyindən danışıblar. Benyamin Netanyahu ABŞ prezidenti Barak Obama ilə ünsiyyət qurmaq üçün Silvio Berluskonidən yardım istəyib. Nikolya Sarkozi isə İtaliya iqtisadiyyatının bərbad vəziyyətə düşəcəyi barədə Berluskonini xəbərdar edib. Bildirilir ki, bəzi sənədlər ən yüksək məxfilik dərəcəsinə malikdir.(APA)

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv