“Xədicə İsmayıl həbs edilməlidir”

“Xədicə İsmayıl həbs edilməlidir”

Müəllif: Baş Redaktor

Baş Redaktor

xedice elman“Xədicə İsmayıl mənim haqqımda şayiələr yaydığına görə onu məhkəməyə vermişəm”.

Bunu  açıqlamasında tanınmış bayraqdar Elman Həsənov (Türkoğlu) “Azadlıq radiosu”nun əməkdaşı Xədicə İsmayılı məhkəməyə verməsinə aydınlıq gətirərkən deyib.

Bayraqdar bu addımının səbəbini belə izah edib:

“Guya mən Milli Təhlüksəzilik Nazirliyinin casusu olmuşam. 2003-cü ildə məni sındırıblar. Zorlama nəticəsində mən razılıq vermişəm ki, müxalifətin casusu kimi dağıdıcı qüvvə olum. Digər bir şaiyə də yayıb ki, mən kabinetimdə bir qızı zorlamışam və o qız da özünü asıb.

Son olaraq Varşavada Azərbaycan nümayəndəsi çıxış edən zaman Xədicə İsmayıl erməni jurnalistə göz edir və hamısı arxasını çevirir. Bu hallara və mənim haqqımda şayiələrinə görə onu məhkəməyə verdim. Ona çox dedim ki, bunu təkzib elə, o isə etmədi”.

E.Türkoğlu vurğulayıb ki, Xədicə İsmayıl həbs edilməlidir: “Əgər o səhv etdiyini deyib, bu şayəni təkzib etsəydi məndən üzr istəmək lazım deyildi. Amma indi gecdi, onun həbs olunmağına nail olacam. Artıq mən partiyadan da istefa vermişəm, daha heç kimə deyə bilməyəcəklər ki, Elmanı yığışdırın”.

Qeyd edək ki, “Azadlıq” Radiosunun əməkdaşı Xədicə İsmayıl Klassik Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü, “bayraqdar” Elman Türkoğlu tərəfindən məhkəməyə verilib(azvision.az).

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti