Xəzər bölünəcək?

Xəzər bölünəcək?

Müəllif: Baş Redaktor

Baş Redaktor

16053Bu gün Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçiriləcək.

Sammitdə Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar baş tutacaq. Ölkələr hərbi və geosiyasi maraqları, Xəzərdə olan zəngin neft və təbii qaz qaynaqlarının pay bölgüsü məsələrini razılaşdıracaq.

Xəzərdəki ekoloji vəziyyətin, dəniz bitki və heyvanlarının qorunması, istifadə edilməsi və fövqəladə hallarda əməkdaşlıq edilməsi istiqamətində müəyyən razılaşma təmin edilib. Amma, Xəzərin göl yoxsa dəniz olması, dibində və səthində sərhədlərin müəyyənləşdirilməsi, neft və təbii qaz yataqlarının kimə aid olacağı, dəniz dibindən boru kəmərlərinin çəkilməsi kimi mövzular hələ də müəyyənləşdirilməyib.

Xəzərəyanı ölkələrdən Rusiya, Azərbaycan və Qazaxıstan dəniz dibinin bölünməsində razılığa gəlib. Amma, İran və Türkmənistan ilə hələlik razılıq əldə olunmayıb. Moskva rəhbərliyi dəniz səthinin milli bölgələrə bölünməsini istəmir. Çünki, RF belə olacağı təqdirdə İranla qonşuluq xüsusiyyətini itirəcəyini düşünür. Rusiya hər ölkənin müəyyən ərazisi olmasını, ortadakı boş sahənin isə beş ölkə tərəfindən ortaq istifadə edilməsini təklif edir.

Eyni zamanda, Xəzərin göl statusunda qəbul edilməsini istəyən Rusiya, buradan keçəcək boru xəttlərində bütün ölkələrin razılığının alınmasına israr edir. Azərbaycan, Türkmənistan və Qazaxıstan isə bu təklifə müsbət yanaşmır. Rusiyanın bu addımı türkmən qazının Xəzərdən keçərək Avropa bazarlarına çıxmasına və rus qazına rəqib olmasına maneə törətmək məqsədi daşıyır. İran isə daha çox dəniz ərazisi əldə etmək, həmçinin yeni təbii qaz yataqlarına sahib olmaq üçün Xəzərin dibinin və səthinin beş bərabər hissəyə ayrılmasını istəyir.

Türkmənistan da İran kimi Xəzərin bərabər şəkildə bölünməsini istəyir. Qazaxıstan və Azərbaycan isə Xəzərin milli bölgələrə ayrılmasından yana olduqlarını açıqlayırlar.

Xəzərin qapalı bir dəniz olduğunu iddia edən Qazaxıstan, burada Birləşmiş Millətlər Təşkilatının əlaqədar konvensiyalarının tətbiq olunmasını istəyir. Astana rəhbərliyi dənizin dibinin beş bərabər hissəyə bölünməsini və hər bir dövlətə düşən bölgəni istədiyi kimi istifadə etməsini tələb edir.

Azərbaycan isə Xəzərin “orta xətt prinsipi” əsas alınaraq milli bölgələrə bölünməsini və ölkələrin bu bölgələrdə tam səlahiyyətli olmasını istəyir. Rəsmi Bakı Xəzərdə paylarına düşən bölgələri, Azərbaycan torpaqları olaraq konstitusiyada da ifadə edib.

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti