Xəzər dənizi ilə bağlı saziş imzalandı

Xəzər dənizi ilə bağlı saziş imzalandı

Müəllif: Manager

Baş Redaktor

caspian-mapXəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasına dair birgə saziş imzalanıb.

Sənədi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, İranın daxili işlər naziri Əbdülreza Fəzli və Türkmənistanın müdafiə nazirinin müavini Yusup Muxamedkuliyev imzalayıblar.

Sazişin məqsədi Xəzər dənizində və sahilboyu zonalarda operativ yardımın göstərilməsi məsələlərinin nizamlanmasından ibarətdir. İmzalanan saziş Xəzər regionu və sahilboyu zonalarda fövqəladə hallara daha operativ reaksiya verməyə imkan yaradacaq.

Saziş Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə imzalanıb. (apa.az)

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti